logo-savalan

ÜZÜM BAĞLARI VƏ TERRUAR

Təkrarolunmaz teruar və iqlim şəraitinə malik Savalan vadisi, Azərbaycanın ən unikal şərablarından birinin vətənidir.

Dəniz səviyyəsindən 400 metr yüksəklikdə iki çay ilə əhatə olunan bu ərazidə yağışlı, günəşli günlərin və orta illik temperaturun ideal balansı yer almaqdadır. Savalan vadisi öz iqlim xüsusiyyətlərinə görə demək olar ki, cənubi İtaliya ilə eynidir.

ÜZÜM BAĞLARI VƏ TERRUAR

TARİXİMİZ VƏ FƏLSƏFƏMİZ

Ənənə kimi keyfiyyət, sənət kimi şərab.

Şirkətimiz qədim zamanlarda Böyük Qafqazın ətəklərində, şərabçılıq beşiyinin bir parçası sayılan Savalan vadisində şərab sənayesinin inkişaf etdiyi unikal iqlim şəraitində şərabçılıq sənətini yenidən canlandırır.
Savalan CELLAR
Photos savalan
Savalan CELLAR

ZİRZƏMİ

Bura, şərablarımızın italyan və fransız palıd çəlləklərində yaşlandırıldığı yerdir.
“SAVALAN – ASPI Winery” zavodunun zirzəmisi “Garbelotto” şirkəti tərəfindən hazırlanmış palıd çəlləkləri ilə təchiz edilmişdir.

ZAVOD

Məhz burada Azərbaycan şərabçılığının ənənələri unikal şərablar və distillələr yaratmaq üçün qabaqcıl İtalyan texnologiyaları ilə birləşir.

Zavodun avadanlıq təchizatını qabaqcıl italyan şirkəti “Della Toffola” həyata keçirir ki, bu da ən müasir tələblərə uyğun texnologiyaları tətbiq etmək imkanı yaradır. Laboratoriyamız isə unikal analizatorlarla təchiz olunur. Şərab istehsalı prosesinə müasir keyfiyyət standartlarına uyğun olaraq nəzarət etmək üçün fabrikə peşəkar texnoloqlar – İtaliyadan şərab ekspertləri Daniel D’Andrea və Eliza Vanyoni dəvət edildi.

MƏHSULLARIMIZI KƏŞF EDİN

Şərabın tarixi diyarından

DİSTİLLƏ İSTEHSALI

Distillə kolleksiyamızda nəcibliyi və güclü xarakteri bir araya gətirdik.

Distillə istehsalı ideyası daha əvvəldən mövcud olmasına baxmayaraq, şirkətimiz kimya və qida sənayesi üçün kompleks sistemlərin layihələndirilməsi və hazırlanması üzrə ixtisaslaşmış italyan şirkətlərin dəstəyi ilə 2016-cı ildən distillə istehsalına başladı. Hazırda biz 6 növ “SAVALAN” markalı distillə istehsal edirik.
dis_lower_section

“SAVALAN” KOMANDASI

Komandamız Azərbaycan və İtaliya kimi iki günəşli və səxavətli ölkənin ən peşəkar mütəxəssislərini özündə birləşdirir.

Şərablarımız yüksək ixtisaslı italyan peşəkar mütəxəssislərin – Daniel D’Andrea və Eliza Vanyoninin rəhbərliyi altında istehsal olunur. “SAVALAN” komandası öz işlərində keyfiyyəti ən ali dəyər hesab edən peşəkar yerli və xarici mütəxəssislərdən ibarətdir.

TƏDBİRLƏRİMİZ

Fevralın 16-da “The Ritz-Carlton Baku” otelində “Michelin” ulduzlu “Daalder” restoranının aşpazı Dennis Huvae tərəfindən master-klass keçirilib.

İştirakçılar yeməklərin hazırlanma prosesini görməklə yanaşı, özləri də bu prosesdə iştirak ediblər. “SAVALAN” şərabları isə yeməklərə xüsusi rəng qatıb. Baş aşpaz Dennis Huvae hər iştirakçı ilə söhbətləşib və onlara imzalı önlüklər hədiyyə edib. Qonaqlar tədbirdən yeni biliklər və xoş təəssüratlarla

DAHA ƏTRAFLI

7 dekabr tarixində Moskva şəhərində Azərbaycanın Rusiyadakı Ticarət Palatasının dəstəyi ilə “Azərbaycan xəzinələri” filminin təqdimatı baş tutdu.

Bu film şərab dünyasına və Azərbaycanın heyrətamiz təbiətinə əsl səyahətdir. Filmin çəkilişlərində “SAVALAN – ASPI Winery” şirkəti iştirak edib. Əməkdaşlarımız üzüm yetişdirilməsi, şərabçılığın tarixi haqqında maraqlı faktlar danışıb, Azərbaycan şərablarının dünyanın necə ən yaxşılarından birinə çevrildiyini izah ediblər. Filmin müəllifi

DAHA ƏTRAFLI

Qarşıdan gələn tədbir yoxdur

ŞƏRAB TURLARI

Azərbaycanın ən məşhur şərab və distillə markalarından birinin yarandığı yeri kəşf edin.

SAVALAN DEQUSTASİYA MƏRKƏZİ

Şərab zavodumuza gələ bilmirsiniz? Narahat olmayın, Bakıdakı “SAVALAN Dequstasiya Mərkəzi”ndə sizi qarşılamaqdan məmnun olarıq!

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.