Ən nüfuzlu beynəlxalq sahə müsabiqələrindən biri olan International Wine & Spirit Competition (Beynəlxalq Şərab və Spirtli içkilər Müsabiqəsi) -də çeşidimizin iki şərabı medal qazanıb:
Gümüş — Savalan Marselan-Syrah Reserve
Bürünc — Savalan Syrah Reserve 2013
International Wine & Spirit Competition (IWSC) artıq 48 ildir ki, keçirilir. Öz növündə aparıcı olan bu müsabiqə dünyada ən yaxşı şərab, spirtli içkilər və likörlər hazırlanan zaman keyfiyyətin və istehsalçıların ustalığının artırılmasına yönəlib. IWSC hər il dünyanın təxminən 90 ölkəsindən müraciət qəbul edir və onların hər birinə hörmət və diqqətlə yanaşır. Bu müsabiqənin məqsədi bütün dünyanın ən yaxşı şərablarını və tünd spirtli içkiləri reklam etməkdir.
Müsabiqənin mahiyyəti iki mərhələdə əks olunur: ilk mərhələ – peşəkar kor dequstasiya (nümunələr hakimlərə nömrələnmiş eyni qədəhlərdə təqdim olunur), ikinci mərhələ – təfərrüatlı laborator (kimyəvi və mikrobioloji) təhlildir. Təhlil göstəriciləri Avropa standartlarına uyğun olmayan içkilər öz nominasiyalarını itirə bilər və bəzi hallarda Müsabiqə iştirakçılarının siyahısından silinə bilər. Laborator təhlili Corkwise şirkətinin müstəqil laboratoriyası aparır.