12-23 iyun 2017-ci il tarixində Koreyada “Korea Wine Challenge” (KWC) beynəlxalq şərab müsabiqəsi keçirilmişdir. Müsabiqədə Savalan Syrah Special Edition şərabı bürünc medala layiq görülmüşdür.

Koreyada keçirilən ilk beynəlxalq şərab müsabiqəsi olan “Korea Wine Challenge” şərab haqqında nüfuzlu jurnal “Wine Review” tərəfindən 2005-ci ildə təşkil edilmişdir. KWC – nin məqsədi müsabiqənin obyektiv nəticələrinə əsaslanaraq Koreyada daxili şərab bazarinin inkişaf etdirilməsidir.
Bu il müsabiqədə 23 ölkədən 810 şərab qeydiyyatdan keçmişdir ki, onlardan da 448 şərab mükafata layiq görülmüşdür.