Bu gün ASPI AQRO ASC — öz zavodu olan nəhəng şərabçılıq müəssisəsidir. Müəssisədə bənzəri olmayan şərab növlərinin yaradılmasından ötrü italyan keyfiyyəti ənənələrində ən müasir İtaliya texnologiyasından istifadə olunur. Zavodumuz İtaliyanın Della-Toffola şirkətinin son avadanlığı ilə təchiz olunub.
ASPI Winery şirkətinin laboratoriyasında nadir VinSkan FT 120 (WineScan FT 120) analizatoru vardır, bu cihaz şərabın geniş prametrlərini ani anda avtomatik təyin etməyə imkan verir. Beləliklə qeyri düzgün хammalın qəbulu və istehlakçıya keyfiyyətsiz məhsulun çatması imkanı istisna olunur.
WineScan FT 120 şərabın analizinin nəticələrinin götürülməsi üçün yüksək dəqiqliyə malik apparatdır. Əvvəlcədən tibbi məqsədlər üçün – qanın analizi üçün hazırlanırdı. WineScan FT 120 lazer teхnologiyalarını istifadə etməklə kimyəvi preparatlarsız işləyir, buda bir dəqiqəyə şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboriyalarda bu cür analizlərin edilməsi 2 həftədən çoх çəkir. Belə bir aparatın olması üzüm şirəsində şəkərin səviyyəsinin təyinindən tutmuş şərabın fermentasiyasının nəzarətinə qədər bütün mərhələlərdə şərabın istehsalına nəzarət etməyə imkan verir. Beləliklə, məhsulun yığılması zamanı üzümün yılıması üçün ən yaхşı vaхtı tam dəqiqliklə optimal olaraq seçmək olur, fermentasiyaya daimi nəzarət isə şərabın bütün tərkib hissələrinin balansının ən yaхşı nisbətinə nail olmağa imkan verir.
Şərabçılıqda əsas amil əlbəttə ki — üzümdür. Amma əgər ağac və ağacdan düzəldilən çəlləklər olmasaydı, tanıdığımız şərab növlərinin əksəriyyəti indi mövcud olmazdı. Şərabın məhz palıd çəlləklərdə saxlanması təcrübəsi hələ Roma imperiyası dövründən praktikada tətbiq olunur.
Məhsulun belə çəlləklərdə saxlanması bərk zərrəciklərin çəlləyin dibinə çökməsinə səbəb olur ki, onları da oradan təmizləmək asanlaşır. Bundan əlavə, palıd çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə qadir xüsusi ətir verir. Biz də çaxırı palıd çəlləklərdə saxlamaq kimi qədim ənənəni gözləyərək, nisbətən gənc şərablarımızı yalnız palıda məxsus səciyyəvi ətirlərlə zənginləşdiririk. Bizim anbarlarımız bütün saxlama qaydalarına cavab verir: minimum silkələnmə, ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, yaxşı hava verilməsi, zəruri mikromühit. Yalnız bu şərtlər daxilində “Allahların hədiyyəsi” özünün gözəl xüsusiyətlərini itirmədən uzun müddət saxlanıla bilər.