Savalan şərabları “Worldfood Moscow 2018” sərgisində nümayiş olunub

17-20 sentyabr Rusiya Federasiyasının Moskva şəhərində “Worldfood Moscow 2018” sərgisi keçirilib.

Savalan şərabları sərgidə iştirak edib.

Sərgidə ümumilikdə 35 Azərbaycan şirkəti “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub.
Sərgi boyunca Azərbaycan istehsalı qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları  nümayiş olunub.

Sərgi çərçivəsində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycan Şərab İstahsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan şərablarının peşəkar dequstasiyası keçirilib. İştirakçılar Azərbaycan şərabları dadını və keyfiyyətini yüksək qiymətləndirblər.

Sərgi zamanı Azərbaycan iş adamları Rusiyalı və xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, potensial müştərilərlə məhsul ixracına dair müzakirələr aparıblar.