Savalan şərablarının Varşavada yerləşən Azərbaycan Ticarət Evində satışına başlanılıb

6 dekabrda  Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Ticarət Evi açılıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına və Azərbaycan məhsullarının ixracının genişləndirilməsinə dəstək məqsədi ilə yaradılmış Ticarət Evi eyni zamanda bu məhsulların Polşada satışını təşkil edəcəkdir.

Açılışda Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Ticarət Evində “ASPİ AQRO” şirkətinə məxsus Savalan şərabları geniş nümayiş olunub. Savalan şərabları ilə yanaşı, açılışda Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab məhsulları, konyak, çay, və zəngin çeşiddə digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunub.

Ticarət evinin açılışında  “ASPİ AQRO” şirkətini icraçı direktoru Teymur Məmmədov təmsil edib.