Madriddə SAVALAN şərablarının təqdimat mərasimi keçirilib.

Madrid Rioxa Mərkəzində keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə iştirak ediblər.

Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu qeyd edib. O vurğulayıb ki, tədbirdə SAVALAN şərabları  İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları müqayisəli təqdim olunacaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, ölkəmizdə şərabçılığın prioritet sahələrdən biri olduğunu qeyd edərək, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını vurğulayıb. Qeyd olunub ki, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbulu nəticəsində Azərbaycanda şərabçılığın inkişafı böyük vüsət alıb, “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.

“SAVALAN” brendinə məxsus şərablarla bağlı şirkətin nümayəndəsi Ramazan Səmədov təqdimat edib. O, Savalan şərablarının yüksək texnologiyaların istifadəsi ilə xarici mütəxəssislərin nəzarəti altında hazırlandığını diqqətə çatdırıb.

SAVALAN brendinə məxsus müxtəlif şərablar xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilib.