Savalan brendinə məxsus məhsullar “Prodexpo 2019” sərgisində təqdim olunub

SAVALAN şərabları Moskva şəhərində keçirilən “Prodexpo 2019” XXVI beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisində nümayiş olunub.

Savalan ASPI Winery Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq sərgisində bu dəfə yalnız şərablarını deyil, həmçinin yeni məhsulları – meyvə araqları və Grappolonu təqdim etdi.

Açılış günündə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgini ziyarət etmişdir. Cənab səfir Azərbaycan məhsullarının nümayiş olunduğu stendi gəzərkən Savalan şərabları ilə tanış olmuş, xüsusilə Aleatico kəmşirin və Merlot desert ilə yaxından maraqlanmışdır. Sərgidə “Savalan” şərabları ASPI AQRO şirkətinin icraçı direktoru Teymur Məmmədov tərəfindən təmsil olunub.

Qeyd edək ki, sərgidə təqdim edilən “Made in Azerbaijan” milli stendində geniş çeşidli məhsullar qonaqlara təqdim olunub.