SAVALAN şərabları Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib

SAVALAN şərabları Çinin Şanxay şəhərində keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib.

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın üzüm və meyvə şərabları daxil olmaqla bir neçə kateqoriyada qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib. SAVALAN şərabları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi  7-10 noyabr tarixlərində baş tutub.

Qeyd edək ki, Milli Sərgi və Konqres Mərkəzində təşkil olunan sərgidə 170 ölkədən 3 mindən çox şirkət təmsil olunur.

Bu, Çində idxal məhsullarının ilk sərgisidir. 100-dən çox yeni məhsul və texnologiyalar ilk dəfə olaraq məhz bu sərgidə nümayiş olunur.