SAVALAN şərabları Şanxayda “Azərbaycan Şərab Evi”ndə  təqdim olunub

Noyabrın 7-də Şanxayda “Azərbaycan Şərab Evi” açılıb.. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının genişləndirilməsinə dəstək məqsədi ilə yaradılmış Şərab Evi eyni zamanda bu məhsulların Çində satışını təşkil edəcəkdir.

Açılışda Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Şərab Evində “ASPİ AQRO” şirkətinə məxsus Savalan şərabları geniş nümayiş olunub. SAVALAN şərabları ilə yanaşı “Azərbaycan Şərab Evi”ndə yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunacaq.

Şərab evinin açılışında  “SAVALAN ASPI Winery” şirkətinin rəhbərləri Arif Rəhimov və Fuad Seyidəliyev iştirak edib.