Yeni qələbəmiz!

Brüsseldəki nüfuzlu beynəlxalq “MONDE SELECTION” sərgisində,
şərablarımızdan Savalan Cabernet Sauvignon Ripassato 2014 yenidən qızıl medal qazandı.
Savalan Nobel Excluzive Collection 2016 şərabımız isə gümüş medal ilə təltif olundu.

“MONDE SELECTİON” – yüksək dərəcədə peşəkar olan müstəqil dequstasiya müsabiqəsidir.
1961-ci ildən bəri Beynəlxalq Keyfiyyətə Nəzarət İnstitutu
hər il ən yaxşı istehlak olunan malları seçir.
“Monde Selection” münsiflər heyəti 70 tanınmış Avropa mütəxəssisindən ibarətdir.
“Monde Selection” medalları dünyada tanınan ən yüksək keyfiyyət göstəricisidir.