Beynəlxalq «Prodekspo» forumu

ASPI Winery şirkəti, Rusiyanın Moskva şəhərində hər il baş tutan və qida (alkoqol da daxil olmaqla) sahəsində nəhəng tədbir hesab olunan beynəlxalq «Prodekspo» forumunda iştirakçı qismində çıxış edib. Rusiya və Şərqi Avropa arasında keçirilən bu irimiqyaslı forum qida sahəsində mühüm tədbirlərdən biridir. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri olan Polad Bülbüloğlu və Rusiyada satış təmsilçisi olan Ruslan Əliyevin, həmçinin, digər qonaqların iştirakı ilə SAVALAN-ın xüsusi xətti olan Nobel və Canyon şərablarının təqdimatı və dequstasiyası keçirilib.