Yeni SAVALAN GRAPPOLO Beynəlxalq Barmenlər günündə təqdim olundu

Savalan brendi altında yeni Grappolo məhsulları Beynəlxalq Barmenlər günündə təqdim olunub.

6 Fevral bütün dünyada Beynəlxalq Barmenlər günü kimi qeyd olunur. Bu il ilk dəfə Bakıda NEO qrup tərəfindən bu gün münasibəti ilə tədbir təşkil edilmişdir.Tədbirdə artıq bir neçə ildir keyfiyyətli şərabları ilə bazarda xüsusi yer tutan SAVALAN öz yeni Grappolo məhsulunu təqdim etdi.  Qonaqlar tərəfindən xüsusi maraqla qarşılanan Grappolo hər kəsi təəccübləndirməyi bacardı. Qeyd edək ki, yumşaq, zərif və əvəzolunmaz digestif olan Grappolo möhtəşəm kokteyllərin hazırlanmasında əsas elementdir.