Bu gün, bəzi ekspertlərin ağ şərabların şahı (!) adlandırdıqları Rislinq haqqında söz açacağıq.
Mənşəyi Reyn vadisindən olan, uzun sürən nəsil şəcərəsinə (ilk yazılı xatirələr 1435-ci ilə aid edilirlər) və öz terruarının torpağının və iqliminin xüsusiyyətlərini əks etdirmək qabiliyyətinə malik olan Rislinq, özünün aşkar bildirilən turşululuğu, ifadəli rayihəsi və ağ şərabların quru şərablardan desert şərablara qədər olan geniş çeşidləri sayəsində özünü sevdirmişdir.
Xırda sarı-yaşıl giləmeyvələri olan bu gec yetişən növ soyuq iqlimə dözümlüdür və xeyirxah kifə qarşı həssasdır. O sitrus, yaşıl alma və çiçək çalarları ilə, əksər hallarda mineral vurğu ilə, dad notlarına malikdir. Bir qədər saxlanılmış bu şərab bir çox hallarda zəif “benzol notları” əldə edir: bu effekti TDN (1,1,6-trimetil-1,2-dihidronaftalin – şərabda təbii kimyəvi birləşmə) verir. Özünün yüksək turşululuğu sayəsində Rislinq onilliklərlə saxlanıla bilər!
Almaniyada Mozel və Reynhau yamaclarından olan Rislinqlər quru şərablardan şirin şərablara kimi, laym, şaftalı, slanes və “benzol” notları ilə dəyişirlər. Onlar yüngül və turşuluqludurlar.
Elzasdan olan Rislinq əsasən quru, yarı dolğun, armud, ərik, polad alt tonlara malikdir, “benzol notları” yoxdur.
Avstriya – quru, ciddi minerallığa və mülayim meyvə (alma, sitrus) çalarları olan Rislinqin vətənidir.
Avstraliyanın Eden vadisində quru, laym və kəskin dada malik Rislinq hazırlanır, o cəsarətlidir, lakin onda nüanslar daha azdır.
Bəs bizdə necədir? Azərbaycanda Rislinq daha isti iqlimdə, Savalan vadisinin gilli torpaqlarında yetişdirilir, o daha zərif və daha az turşuludur: isti iqlim şəraiti azərbaycan Rislinqinə Avropadakından daha tez yetişmək imkanı verir, gilli torpaq isə turşululuğu azaldır.
Rayihə profili də başqadır: sitrus, ərik, şaftalı və bal alt tonları, habelə minerallıq. Dadı nə qədər dolğundursa, bir o qədər də ekzotikdir. Qarşınızda Rislinq mövzusunda unikal “caz” kompozisiyası durur – o hətta Vaqif Mustafazadənin özünün belə bəyəndirici gülümsəməsini oyadardı! Özünüz üçün SAVALAN-dan olan Rislinq badəsini doldurun, caz-muğam üslubunda musiqini qoşun və həzz alın!
Rislinqi 2000-ci illərdən bəri yetişdirən SAVALAN ASPI Winery yetkin quru, klassik üslubla müqayisədə daha az kəskin, daha dolğun şərab yaradır.
SAVALAN Rislinqi – möcüzəli aperitivdir! Onu soyudulmuş halda için və sərinlik Sizinlə olsun! Bu şərab Azərbaycan mətbəxinin təamları ilə çox gözəl şəkildə uzlaşır. O, balığı və yüngül göyərti salatlarını harmonik şəkildə tamamlayır. Ağ şərab üçün olan badələrdə, 10-12°C hərarətində vermək lazımdır – bu zaman rayihələr buketi tam açılır.
Savalandan olan Rislinq – bir badədə iki aləmin qovuşması, iki mədəniyyətin kəsişməsi, Reyndən Xəzərə kimi səyahətdir. Qarşınızdakı – bu nəcib içkinin uzun və şanlı tarixində yeni fəsildir. Keçilmişin təkrarı yox, onun yenidən dərk edilməsi. SAVALAN-dan olan Rislinq sübut edir ki, klassika eyni cür zərif və incə, lakin unikal alt tonlara və isti azərbaycan aksentinə malik yeni səs ala bilər. Bu şərab haqlı olaraq Rislinqlər arasında xüsusi yer tutur. Beləliklə, Rislinqin tarixi, onun haqqında ilk xatırlamalardan az qala altı yüzillik sonra da davam edir.
SAVALAN-dan olan Rislinq şüşəsini açın, şərabı zərif badəyə süzün, rayihəsini alın, ilk qurtum edin. Axı şərabı tanımağın ən yaxşı üsulu – onu dadmaqdır!
Hörmətlə,
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri