Makedoniyalı İsgəndər, özünün Şərq yürüşündən əvvəl, demək olar ki, malik olduğu hər şeyi dostlarına və silahdaşlarına hədiyyə edərkən, birisi ondan soruşdu: “Bəs özünə nə saxlayırsan, İsgəndər?”
“Ümidləri!” – deyə sərkərdə cavab verdi.
Xeyr, biz Makedoniya sərkərdələri deyilik. Bizim getdiyimiz yol tamamilə sülhyönümlüdür və yanğınlar ağuşunda keçən döyüşlərdən daha zərif materiyalara doğru aparır. Biz həmişə gələcəyə ümidlə baxırıq, lakin, bitməkdə olan 2025-ci ildə bizim səylərimizin verdiyi bəhrəyə – nailiyyətlərimizə nəzər salmaq üçün arxaya dönüb baxmağı da unutmuruq. Bəli, biz Makedoniya sərkərdələri deyilik. Biz – Azərbaycan şərabçılarıyıq!
2026-cı ilin astanasında duraraq ötən ilə nəzər saldıqda, biz xüsusi hərarət hiss edirik və bu, heç də SAVALAN-ASPI Winery-nin uzun müddət yaxşı saxlanılmış içkisinin ilk qurtumundan ruha yayılan hərarət deyildir. 2025-ci il SAVALAN-ASPI Winery üçün əlamətdar anlar dövrü oldu. Hər bir nailiyyət, bizim Qəbələdəki üzüm bağlarımızdan süzülərək, istehsal etdiyimiz hər bir şüşəni dolduran məharətin və yönümlülüyün şəhadəti oldu.
Alkoqollu tünd içkilər və şərablar sənayesi başa çatan ildə möhtəşəm uğurlara qol qoydu. Bütün dünyada kraft cinlərinin artan tanınmasından tutmuş ənənəvi distillə üsullarının bərpasına qədər, 2025-ci il bizə, bir vaxt özümüzü nə üçün bu qədim sənətə həsr etdiyimizi xatırlatdı. SAVALAN-ASPI Winery üçün bu il, bizim keyfiyyətə sadiqliyimizin beynəlxalq səviyyədə, özü də hətta bu gün də sakit bir qürurla ürəyimizi döyündürən tanınma ilə qarşılandığı bir il oldu!
Qələbələrimiz baharda başladı. Mart ayı şirkəti London Spirits Competition-a gətirdi, burada distillatlarımız özlərindən danışdılar: Tut Arağı üçün qızıl, Armud Arağı üçün gümüş və həm Heyva Arağı, həm də Grappolo üçün bürünc medallar qazanıldı. Bir gedişə dörd mükafat – gücümüzü olduqca təvazökar şəkildə “idman sınağı” adlandırdığımız bir hal üçün fəna deyil, elə deyilmi?
Lakin, 1969-cu ildən bəri Londonda keçirilən IWSC – International Wine & Spirit Competition-da — şərab və tünd işkilərin beynəlxal müsabiqəsində həqiqətən qeyri-adi bir şey baş verdi. Bizim Grappolo nəinki tutarlı 95 xalla qızıl əldə etdi, həm də “Trophy” mükafatını – öz kateqoriyasında bütün digərləri üstələyən yeganə içki üçün nəzərdə tutulmuş nadir tanınma zirvəsini – əldə etdi. Ən yaxşılar içərisində ən yaxşısı! Yeri gəlmişkən, Tut Arağı və Armud Arağı, distillatlarımızın ən kübar cəmiyyətdə yerinin olduğunu bir daha göstərərək və sübut edərək, bürünc medallar qazandılar!
Üç beynəlxalq müsabiqədə səkkiz mükafat!
Lakin, uğurları bayram edərkən, biz artıq irəli baxırıq. Dekabr, SAVALAN Cin-in Londonda Global Spirits Masters Competition (GSMC) tərəfindən The Gin Masters müsabiqəsində gümüş medala layiq görüldüyü vaxt, dairəni qapadı. 2008-ci ildən başlayaraq, hər il keçirilən GSMC, sıralarında jurnalistlərin, alıcıların, barmenlərin və digərlərinin – yəni hər hansı bir qərəzlilikdən azad və yalnız iş bilikləri ilə yüklənmiş insanların olduğu müstəqil ekspertlər tərəfindən ən ciddi kor dequstasiya vasitəsilə alkoqollu içkilərin qiymətləndirilməsinin zirvəsini təmsil edir. Onlar SAVALAN Cin-i bizim kim olduğumuza görə deyil, yaratdığımıza – yanlışlıq olmadan tanınan Azərbaycan ruhu olan London Dry Gin-ə görə – seçdilər.
Bu tanınma bir daha təsdiqləyir ki, bizim tərəfimizdən Britaniya “cin istehsalı” ənənələri ilə Azərbaycan resurslarının zənginliyi ilə birləşdirilməsi ölkənin hüdudlarından çox uzaqlarda əks-səda qazanır. Lakin mükafat – yekun xətt deyildir; bu, yeni üfüqlərə aparan yolun göstəricisidir…
2026-cı ildə isə biz belə deyirik: biz hazırıq! Hüdudları genişləndirməyə, heyrətləndiməyə, 2025-ci ilin bu qədər gözəl şəkildə təsdiqlədiyi mükəmməllik ənənəsini davam etdirməyə hazırıq.
Hesab edirik ki, ən yaxşısı hələ qabaqdadır.
Keçmiş – təcrübədir, gələcək – ümiddir, hazırkı dövr isə – badəyə gözəl bir içkinin süzüldüyü bir andır. Biz SAVALAN-ASPI Winery-də inanırıq ki, ümid – Savalan vadisindəki üzüm bağlarının üzərində günəşin hər doğuşu ilə birlikdə doğulan ilk şeydir. Əgər İsgəndər Şərqə yürüşdən əvvəl özünə ümidləri saxlamışdısa, biz də 2026-cı ilə yürüşdən əvvəl onları özümüzə saxlayırıq. Ancaq, sərkərdədən fərqli olaraq, bizim ehtiyatımızda həm də əla bir cinimiz var! Siz ki, SAVALAN Cin şüşəsi ilə nə etməli olduğunuzu bilirsiniz, elə deyilmi?
2025-ci ili yola salıb, 2026-cı ili ümidlə qarşılayarkən, badələrinizi bizimlə birlikdə qaldırın!
Hörmətlə,
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri



