Terruar (Terroir) – şərabın tipini və xüsusiyyətini müəyyənləşdirən torpaq-mühit amillərinin və ərazinin səciyyəvi xüsusiyyətlərinin (relyef, küləklərin yönü, su hövzələrinni sayı, meşə massivləri, ətraf bitki və heyvanat aləmi) məcmusudur.
Böyük Qafqaz dağ silsiləsinin cənub-şərqində, dəniz səviyyəsindən 400 metr yüksəklikdə əkdiyimiz tinglər artıq cücərmişdir. Hər tərəfdən çayla əhatə olunmuş Savalan vadisində orta illik temperatur, yağıntıların miqdarı və ilin günəşli günlərinin nisbəti ideal şəkildə uzlaşaraq üzümün yetişdirilməsi və becərilməsi üçün ən əlverişli şəraiti yaradır. Yüz il əvvəl olduğu kimi, terruar və torpağın, ərazinin həssaslığı hazırki kütləvi unifikasiya və standartlaşdırma dövründə də nadir şərab növlərini yaradan bütün şərabçılar üçün ən vacib element olaraq qalmaqdadır. İtaliyalı mütəxəssislər şərabçılığın əsas aspekti kimi terruara böyük işlər həsr ediblər. Yəni, yerli terruarın öyrənilməsi, torpağın analizi və daha uyğun üzüm növlərinin seçilməsi üçün İtaliya laboratoriyalarında akkreditə olunmuş beynəlxalq səviyyəli ekspertlər cəlb olunublar. Tinglərin seçilməsi işində Vivai Cooperativi Rauschedo şirkətinin direktoru cənab Eudjenio Sartorinin xidməti böyükdür. O, qeyd edib ki, ASPI AQRO ASC zavodunun məhsulları ən yüksək standartlara cavab verir, yetişdirilən üzümün keyfiyyəti isə hətta Avropadakı oxşar növləri üstələyir.