Böyük Qafqaz dağlarının ətəyində şərabçılıq sənətinin bərpası məqsədilə Azərbaycan Respublikasının Qəbələ rayonunda 2006-cı ilin dekabr ayında “ASPI Winery” brendi adı altında “ASPI AGRO” MMC yaradılmışdır. Şirkətin əsas fəaliyyət istiqaməti üzümün yetişdirilməsi və yüksək keyfiyyətli şərabların istehsalı olmuşdur.
Professor Eucenio Sartorinin başçılıq etdiyi italyan mütəxəssislərin iştirakı ilə Qəbələ rayonunun Savalan vadisində torpaq sahələrinin təhlili aparılır və İtaliyanın aparıcı laboratoriyalarında torpağın analizi həyata keçirilirməyə başlanılır. Tədqiqatların nəticələrinə əsasən, bu torpaqlar üçün ən uyğun görülən üzüm növlərinin tingələri həmin sahə üzrə dünya lideri olan “Vivai Cooperativi Rauscedo” şirkəti tərəfindən təmin edilməsi qərarı alınır. Beynəlxalq dərəcəli enoloq-aqronom Ermano Murarinin rəhbərliyi altında 45 hektar ərazidə Merlo, Kaberne Savinyon, Pino Nuar və Şardone növlərinin ilk üzümlükləri salındı.
Ermano Murari – “Vivai Cooperativi Rauscedo” şirkətinin aparıcı eksperti. Aqronomiya və enologiya doktoru, ting xəstəlikləri üzrə beynəlxalq dərəcəli mütəxəssis.
Eucenio Sartori – “Vivai Cooperativi Rauscedo” şirkətinin direktoru, aqronomiya və üzümçülük sahəsində 40 illik təcrübəyə malik beynəlxalq dərəcəli mütəxəssis.
Loqotip, etiket və qablaşmanın işlənib hazırlanması brendimizin inkişafında növbəti mühüm mərhələdir. Sözügedən ərazini küləklərdən sinəsi ilə qoruyan Qəbələdəki əfsanəvi dağı, “Yatmış gözəl”in silueti dizaynın simvolu seçilmişdir. Etiketlərin çapı “Juliagraf” italyan mətbəəsində həyata keçirilir, şərab üçün butulkalar məşhur italyan və fransız istehsalçıları “Bruni Glass” və “Saint-Gobain” şirkətlərindən, tıxaclar isə “Sugherificio Veneto” yüksək-texnoloji italyan şirkətindən alınır. 2011-ci ilin may ayında şirkət öz məhsulunu 17-ci Azərbaycan Beynəlxalq “World Food Azerbaijan” sərgisində təqdim edir. Həmçinin, zavodda enoloq Eliza Vanyoni işləməyə başlayır və bununla da “SAVALAN – ASPI Winery” şərabçılıq komandasını formalaşdırır.
Eliza Vanyoni – texnoloq-enoloq. Florensiya Universitetinin məzunu, Avstraliyada iri şərabçılıq müəssisəsinin yaranmasında ekspert-texnoloq kimi iştirak etmişdir. Enologiya doktoru dərəcəsinə malikdir.
2011-ci ilin yayında “ASPI Winery” şirkətinin çəkdirdiyi ilk reklam videoçarxının əsas mövzusu – uzaq keçmişdə bu istehsal sahəsinin çiçəkləndiyi Qəbələ ərazisində şərabçılıq ənənələrinin yenidən yaranması olmuşdur. Eyni zamanda, “AZAL” şirkətinin təyyarələrində geniş yayılan “Silk Way” jurnalı üçün Savalan vadisinin üzümlükləri və ilk “SAVALAN – ASPI Winery” şərabları haqqında məqalə hazırlanmışdır. Jurnal 2011-ci ilin avqust ayında çapdan çıxmış, sentyabr ayında isə həmin reklam çarxı “AZAL” şirkətinin bütün uçuşları zamanı nümayiş olunmuşdur.
2011-ci ilin noyabr ayında “SAVALAN – ASPI Winery” şərabları iki xarici sərgidə nümayiş olunur: Moskvanın Krokus Ekspo mərkəzində təşkil olunan Şərab Xəritəsi ixtisaslaşdırılmış sərgi və dequstasiya tədbirində “SAVALAN” şərabları uğurla təqdim edilir. Eyni zamanda şirkət, IX Ümum-Ukrayna Somelye Müsabiqəsinin baş şərab həmkarı kimi çıxış edir. 2011-ci ilin dekabr ayında Bakı şəhərinin bazarına şirkətin ilk şərabları çıxarılır: “Viognier” kəmşirin, “Chardonnay” şirin və “Cabernet Merlot” kəmşirin. Həmçinin, şirkətin ilk internet saytı öz fəaliyyətinə, Azərbaycan şərabçılığına dair özünəməxsus portala çevrilir.
2012-ci ilin yanvar ayında üzümlüklərə Rusiya somelye assosiasiyasının prezidenti Aleksandr Sidorov baş çəkir; bir aydan sonra isə “SAVALAN – ASPI Winery” Moskvada yerləşən “Bakı” restoranında ilk məhsullarını nümayiş etdirir.
2012-ci ilin yaz ayları əhəmiyyətli hadisə ilə yadda qalır: mart ayında “SAVALAN” şərabları, İtaliyanın Verona şəhərində keçirilən və dünya şərabçılığının üslub və tendensiyalarını formalaşdıran ən iri beynəlxalq şərab sərgisi “Vinitaly”də nümayiş etdirilir. Şirkətin ekspozisiyası böyük uğur qazanır, məhsul şərabçılıq sahəsində nüfuzlu ekspertlər tərəfindən yüksək qiymət alır.
İtaliyadakı uğurundan dərhal sonra 2012-ci ilin aprel ayında “SAVALAN – ASPI Winery” şirkəti “Horex 2012” adlı 11-ci beynəlxalq turizm və səyahət sərgisində iştirak edir.
2012-ci ilin yanvar ayında üzümlüklərə Rusiya Somelyelər Assosiasiyasının prezidenti Aleksandr Sidorov baş çəkir; bir ay sonra isə “SAVALAN – ASPI Winery” Moskvada yerləşən “Bakı” restoranında ilk məhsullarını nümayiş etdirir.
2012-ci ilin yaz ayları əhəmiyyətli hadisə ilə yadda qalır: mart ayında “SAVALAN” şərabları, İtaliyanın Verona şəhərində keçirilən, dünya şərabçılığının üslub və tendensiyalarını formalaşdıran ən iri beynəlxalq şərab sərgisi “Vinitaly”də nümayiş etdirilir. Şirkətin ekspozisiyası böyük uğur qazanır, məhsul şərabçılıq sahəsində nüfuzlu ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
İtaliyadakı uğurdan dərhal sonra 2012-ci ilin aprel ayında “SAVALAN – ASPI Winery” şirkəti “Horex 2012” adlı 11-ci Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edir.
2012-ci ilin noyabr ayında Honkonqda keçirilmiş və rekord sayda (950-dən çox şirkət) iştirakçı cəlb etmiş, ən iri və nüfuzlu 5-ci Beynəlxalq Şərab sərgisində şirkətin məhsulu üç bürünc medal qazanır. “SAVALAN” şərabları aşağıdakı nominasiyalarda mükafat əldə edir: “Ən yaxşı qarışıq qırmızı şərablar” – “SAVALAN Limited Release 2010”, “Ən yaxşı “Syrah” şərabları” – “SAVALAN Syrah 2010”, həmçinin “Pekin sayağı ördəklə ən yaxşı şərab” – “SAVALAN Merlot Sweet 2010”.
Mütləq şəkildə test və analizlərdən keçərək, “SAVALAN – ASPI Winery” şirkəti İtaliyanın Bolonya şəhərində keçirilən Desert Şərabların Beynəlxalq sərgisində iştiraka dəvət olunur və burada “SAVALAN Merlot Sweet 2010” qırmızı desert şərabı qızılla gümüş arasında qalaraq 5 qızıl tacdan 4-nü qazanır. Münsiflər heyəti həmçinin, sərgidə ən yaxşı xarici şəraba görə şirkəti xüsusi prizlə mükafatlandırır.
Dekabr ayında “SAVALAN – ASPI Winery” “Şərab istehsalı” kateqoriyasında milli biznes mükafatını qazanaraq, 2012-ci ili uğurla başa vurdu. Əlavə olaraq, dekabr ayında Azərbaycan-İtaliya işgüzar dairələrinin görüşündə, şərabların Avropaya idxalatçısı olan “Usque ad Finem” italyan şirkəti ilə “SAVALAN – ASPI Winery” şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində, Azərbaycan şərabları (əsasən də, “SAVALAN” xətti) tarixdə ilk dəfə olaraq Avropa bazarına çıxarılmışdır. 2013-cü ilin əvvəlində “SAVALAN” şərabları sırasına “Traminer”, “Moscato”, “Aleatico”, “Merlot”, “Cabernet Sauvignon Ripassato” və “Alicante Bouschet” kimi yeni şərablar əlavə olunmuşdur.
2013-cü ilin mart ayında “SAVALAN – ASPI Winery” “Caspian Cup” (“Kim? Nə? Harada?”) turnirində tərəfdaş qismində çıxış edərək yarışın bütün içtirakçılarını (müxtəlif ölkələrdən 360 nəfərdən çox iştirakçı) həvəsləndirici mükafat kimi “SAVALAN” şərabları ilə təmin edib. Turnirin qalibi olan komandalar Azərbaycan şərablarından və şirniyyatlarından ibarət xüsusi mükafatlara layiq görüldülər. Sonda isə şirkətimiz iştirakçıların Qəbələdə yerləşən zavodumuza səfərini təşkil etdi.
Aprel-iyun aylarında “SAVALAN – ASPI Winery” bir sıra tədbirlərdə sponsor qismində çıxış edir. Bunlara misal olaraq Emin Ağalarovun “Sea Breeze”dəki konsertini, “Qız Qalası” qalereyasında rəssam Asimin işlərindən ibarət sərgini, İtaliyanın Müstəqillik günü münasibətilə “Dahi Qetsbi” filmin qapalı nümayişini və “With drinks around the world” xeyriyyə tədbirini göstərmək olar.
Sentyabrda “SAVALAN – ASPI Winery” şərab istehsalı üzrə “ISO 22000 : 2005” keyfiyyət sertifikatını əldə edib.
2014-cü ilin fevral ayında “SAVALAN – ASPI Winery” şirkətinin nümayəndələri Fransanın kənd təsərrüfatı naziri Qiyoma Qaronun Azərbaycana səfəri məqsədilə təşkil olunmuş görüşə dəvət edilir. Görüş zamanı qarışılıqlı əməkdaşlıq və Fransa şirkətləri ilə tərəfdaşlıq məsələlərinin inkişaf etdirilməsi yönündə müzəkirələr aparılır.
Aprel ayında “SAVALAN” şərabı Yaponiyanın Tokio şəhərində “Wine & Gourmet” sərgisində təqdim olunur və Yaponiyada 30-dan artıq distribüter şirkətlər Azərbaycan şərabının ixracı ilə maraqlanmağa başlayır.
2014-cü ilin may ayında Fransa prezidenti Fransua Oland Bakıda rəsmi səfərdə olur və “SAVALAN” şərabları diplomatik qəbul üçün eksklüziv içki kimi rəsmi olaraq seçilir.
İyun ayında “SAVALAN – ASPI Winery” şirkəti Azərbaycan şərab istehsalçılarının təşkil etdiyi “London Wine Fair Olympia” sərgisində iştirak edir.
2014-cü ilin sentyabr ayında “SAVALAN” şərabları “AzerHART” kollektivinin dəstəyi ilə Hollandiyada “WijnFesten Groesbek” sərgisində təqdim olunur. Sərginin sonunda şərablarımız “Zaqfqaziya mirvarisi” kimi dəyərləndirilir.
“SAVALAN” şərabları Gəncədə keçirilən IV Beynəlxalq Şərab Festivalında “Qran Pri”yə layiq görülür.
Noyabr ayında məşhur şərabçı-tənqidçi və “Decanter World Wine Award” hakimlər komissiyasının təmsilçisi Darrel Jozef “SAVALAN – ASPI Winery” zavodunu ziyarət edir.
“SAVALAN” şərabları müxtəlif beynəlxalq tədbirlərdə, məsələn, “Vinitaly” (İtaliya), “Prowein” (Almaniya), “ПРОДЭКСПО”da (Rusiya) təmsil edilib. Eyni zamanda, şərablarımız “Heydər Əliyev Fondu”nun təşkilatçısı olduğu “Parisdə Azərbaycan şəhərciyi” tədbirində də ölkəmizi təmsil edib.
28 may tarixdə Avropa Parlamentinin Brüsseldəki mənzil-iqamətgahında Qəbələ rayonu ilə bağlı fotosərgi təşkil olunub və “SAVALAN” şərablarının dequstasiyası keçirilib.
“MUNDUS VINI” (Noyştadt, Almaniya) Avropanın ən nüfuzlu şərab müsabiqələrindəndir və dünyanın hər yerindən 8000-dən çox şərab dequstasiya üçün gətirilir. 2015-ci ilin “MUNDUS VINI” müsabiqəsində 2011-ci ilin yığımından hazırlanan “SAVALAN Cabernet Sauvignon Ripassato” qızıl medala, 2014-cü ilin yığımı olan “SAVALAN Viognier” gümüş medala layiq görülür.
Avropa Birliyi “MUNDUS VINI” mükafatını keyfiyyət nişanı kimi rəsmən tanıyır.
“Decanter World Wine Awards 2015” (London, İngiltərə) müsabiqəsində 2012-ci ilin “SAVALAN Limited Release” şərabı bürünc medala, 2014-cü ilin “SAVALAN Chardonnay” şərabı isə “Təqdimat sertifikatı”na layiq görülmüşdür.
We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more