
Savalan Şərab zavodu Savalan vadisində, unikal iqlim və terroir şəraitində yerləşir. Burada İtaliya texnologiyası ilə yüksək keyfiyyətli şərab və distillə məhsulları istehsal olunur.
Təkrarolunmaz teruar və iqlim şəraitinə malik Savalan vadisi, Azərbaycanın ən unikal şərablarından birinin vətənidir.
Dəniz səviyyəsindən 400 metr yüksəklikdə iki çay ilə əhatə olunan bu ərazidə yağışlı, günəşli günlərin və orta illik temperaturun ideal balansı yer almaqdadır. Savalan vadisi öz iqlim xüsusiyyətlərinə görə demək olar ki, cənubi İtaliya ilə eynidir.
Savalan vadisinin unikal terruarı və seçdiyimiz üzüm sortları məhz bu diyarın dad və aroma harmoniyasını yaradır. Hər şüşə şərabımızın fermentasiya prosesi boyunca ən yüksək keyfiyyət standartları tətbiq olunur.
Ənənə kimi keyfiyyət, sənət kimi şərab.
ASPI Winery şərab zavodu qədim zamanlarda Böyük Qafqazın ətəklərində, şərabçılıq beşiyinin bir parçası sayılan Savalan vadisində şərab sənayesinin inkişaf etdiyi unikal iqlim şəraitində şərabçılıq sənətini yenidən canlandırır.
Azərbaycanda şərab zavodları arasında özünəməxsus unikallığı ilə seçilən “SAVALAN – ASPI Winery” zavodunun zirzəmisi “Garbelotto” şirkəti tərəfindən hazırlanmış palıd çəlləkləri ilə təchiz edilmişdir.
İstehsal avadanlığı təchizatını qabaqcıl italyan şirkəti “Della Toffola” həyata keçirir ki, bu da şərab zavodu üçün ən müasir tələblərə uyğun texnologiyaları tətbiq etmək imkanı yaradır. Keyfiyyətə nəzarət laboratoriyamız isə unikal analizatorlarla təchiz olunur. Şərab istehsalı prosesinə müasir keyfiyyət standartlarına uyğun olaraq nəzarət etmək üçün fabrikə peşəkar texnoloqlar – İtaliyadan şərab ekspertləri Daniel D’Andrea və Eliza Vanyoni dəvət edildi.
Şərabın tarixi diyarından
Distillə kolleksiyamızda nəcibliyi və güclü xarakteri bir araya gətirdik.
Distillə istehsalı ideyası daha əvvəl mövcud olsa da, ASPI Winery şərab zavodu 2016-cı ildən etibarən kimya və qida sənayesi üçün kompleks sistemlərin layihələndirilməsi və hazırlanmasında ixtisaslaşmış italyan şirkətlərinin texniki dəstəyi ilə distillə istehsalına başladı. Hazırda zavodda “SAVALAN” markası altında 6 fərqli növ distillə məhsulu istehsal olunur.
Komandamız Azərbaycan və İtaliya kimi iki günəşli və səxavətli ölkənin ən peşəkar mütəxəssislərini özündə birləşdirir.
Şərablarımız yüksək ixtisaslı italyan peşəkar mütəxəssislərin – Daniel D’Andrea və Eliza Vanyoninin rəhbərliyi altında istehsal olunur. “SAVALAN” komandası öz işlərində keyfiyyəti ən ali dəyər hesab edən peşəkar yerli və xarici mütəxəssislərdən ibarətdir.
Azərbaycanın ən məşhur şərab və distillə markalarından birinin yarandığı yeri kəşf edin. Ziyarətçilərimiz şərab turları zamanı zavod bölmələrini gəzərək istehsal sirlərini kəşf edir və şərab muzeyi kolleksiyamızda tarixi eksponatlarla tanış olurlar.
Ekaterina Nikitina2025-05-10Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Мы посетили эту винодельню во время пребывания в Габале. Собственно, это было то, ради чего мы в Габалу и приехали. Это была четвертая дегустация в Азербайджане, очень интересная, посмотрели цех розлива, погребы. Вокруг очень красивые горные пейзажи! Вина, представленные на дегустации, тоже были вкусными. Запомнились Elisa, Melody и Rose. И грапполо... Я не пью водку, совсем не пью водку, но этот напиток оказался очень приятным на вкус. David Huggins2025-04-22Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Kasia Z.2025-04-21Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Savalan Wine House to idealne miejsce na relaks – malowniczo położona winnica otoczona górami i winnymi polami. Piękne widoki, pyszne wino i spokojna atmosfera sprawiają, że warto tu zajrzeć Esmer Mamedova2025-04-02Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Saleh Xalilov2025-03-25Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Vugar Zeynalov2025-03-15Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Gabrielė Bubutė2025-02-10Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Despite a few minor misunderstandings with the tasting program, this place is a true gem. The wines are so delicious, and the surroundings are beautiful. The staff was welcoming and provided detailed explanations about the winemaking process and the different types of wine we tasted. There is also a shop where you can purchase the wines you tasted and take them back home. Ayxan2025-01-28Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. 👍👍 Natalia L2024-10-15Trustindex yoxlamanın orijinal mənbəyinin Google olduğunu təsdiqləyir. Прекрасное место, замечательные вина, обслуживание в ресторане класс!
We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more