Şərablarımız yüksək ixtisaslı İtalyan mütəxəssislər, Daniel D’Andrea və Eliza Vanyoninin rəhbərliyi altında istehsal olunur. “SAVALAN” komandası, yerli və xarici peşəkar ekspertlərdən təşkil olunmuşdur. Şirkətimiz Azərbaycan və İtaliya kimi iki günəşli və səxavətli ölkəni bir araya gətirərək fəaliyyət göstərir.
Üzüm növlərinin seçimində “Vivai Cooperativi Rauscedo”-nun direktoru Eucenio Sartorinin böyük töhfələri olmuşdur. O, vurğulamışdır ki, “SAVALAN – ASPI Winery” MMC-nin yetişdirdiyi üzümlər ən yüksək texniki və keyfiyyət standartlarına cavab verir və hətta Avropada analoq növləri üstələyə bilir. Şərabın sınaqdan keçirilməsinə gəldikdə isə, bu işi Avropalı ekspert Ermano Murari həyata keçirir.
Bundan əlavə, beynəlxalq üzüm növlərinin adaptasiyası, məşhur italyan enoloqlarının tövsiyələri, müasir texnika və texnologiyanın geniş tətbiqi, müxtəlif üzüm növləri kombinasiyaları ilə yenilikçi təcrübələr və keyfiyyətə güzəştsiz bağlılıq uğurumuzun əsas göstəricilərindəndir.
Şirkətimiz qədim zamanlarda Böyük Qafqazın ətəklərində, şərabçılıq beşiyinin bir parçası sayılan Savalan vadisində şərab sənayesinin inkişaf etdiyi unikal iqlim şəraitində şərabçılıq sənətini yenidən canlandırır.
We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more