“SAVALAN Wine Boutique”-də bütün şərab və distillələrimizlə yanaşı, Köhnə və Yeni Dünyadan idxal olunan şərabların və spirtli içkilərin geniş çeşidi təqdim olunur. Sevdiyiniz brendin məhsullarını özünüzə, yaxınlarınıza və xarici dostlarınıza hədiyyə edin.
Şərab zavodumuza gələ bilmirsiniz? Narahat olmayın, Bakıdakı “SAVALAN Dequstasiya Mərkəzi”ndə sizi qarşılamaqdan məmnun olarıq!
“SAVALAN Dequstasiya Mərkəzi” vaxtınızı səmərəli və əyləncəli keçirə biləcəyiniz bir məkandır. Dequstasiya zamanı siz Azərbaycanda şərab istehsalı, şərabın fərqli regionlara və növlərə görə təsnifatı barədə əsas suallara cavab alacaqsınız. Biz sizə şərabın ideal saxlanma və servisinin incəlikləri haqqında məlumat verəcək, eyni zamanda zövqünüzə uyğun şərabın dadını anlamaqda və seçməkdə köməklik göstərəcəyik.
Şərab və distillələrin dequstasiyası ilə yanaşı, dadlı çərəzlər, ləzzətli yeməklər və hətta bir-birindən maraqlı oyunlar istirahətinizə xüsusi ab-hava qatacaq.
Nəhayət, siz təcrübəli somelyelər tərəfindən istifadə olunan fəndləri öyrənərək növbəti şam yeməyində dostlarınızı heyran edə biləcəksiniz.
Bu təklifə nahar və ya şam yeməyi ilə dequstasiya daxildir. Dequstasiya zamanı şərab mütəxəssisimiz və PR menecerimizlə söhbət etmək və şərab haqqında bilmək istədiyiniz hər şeyi soruşmaq imkanınız olacaq.
Dequstasiya
7 növ şərab
2 növ distillə
Pendir və ət tabağı, salat, təzə tərəvəzlər, zeytun, çörək
Ana yeməyi (seçimlə): Osso buko, ördək konfi, toyuq qrildə rukola və parmezan ilə, dana medalyonları göbələkli sous ilə, qızıl balıq qrildə
1 nəfər üçün qiymət
Yetkin şəxs
75 ₼ – dan
Minimum 6, maksimum 60 nəfər
* Qonaq sayı 6 nəfərdən az olduğu halda qiymət dəyişə bilər.
Rezervasiya etmək üçün aşağıdakı əlaqə məlumatlarından istifadə edin:
We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more