Ana səhifə / Haqqımızda / Üzüm bağları
Təkrarolunmaz teruar və iqlim şəraitinə malik Savalan vadisi, Azərbaycanın ən unikal şərablarından birinin vətənidir.
Üzüm bağları, Böyük Qafqaz dağlarının quru küləklərdən qoruduğu və hər iki tərəfdən Türyançay çayı ilə əhatə olunan Savalan vadisində yerləşir.
Uzun zaman ərzində vadinin torpaqlarında çayın gətirdiyi qum, incə çınqıl və gil qatlarını toplanıb əhəng süxurları ilə qarışaraq zəngin və geniş çeşidli terruarların yaranmasına səbəb oldu.
Mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanda, bunlardan 4-ü isə Qəbələ bölgəsindədir ki, bu da onun iqliminin unikal xarakterik xüsusiyyətlərindən biridir. Dəniz səviyyəsindən 400 metr yüksəklikdə yağışlı, günəşli günlərin və orta illik temperaturun ideal balansı yer almaqdadır. Ərazi öz iqlim xüsusiyyətlərinə görə demək olar ki, cənubi İtaliya ilə eynidir. Bu da, şərab zavodunun təsisçilərini teruarları araşdırmaq və müxtəlif çeşidlər seçmək üçün italyan şirkətləri və ekspertləri ilə əməkdaşlıq etməyə ruhlandırdı.

Bu torpaqlar hər bir şərabçı üçün bir xəyaldır. Bu müstəsna teruar üzüm yetişdirmək üçün idealdır. Bundan əlavə, iqlim və coğrafi amillərin təsiri bizə mümkün olan ən yaxşı məhsulu bəxş edir. Bütün bunlar üzüm növlərinin tamlığını və kompleks tərkibini təmin edir. Şərablarımız, qırmızı şərablara xas olan füsünkarlığı və zərifliyi saxlayaraq zaman keçdikcə mükəmməl inkişaf etməyə imkan verən gözəl tanin strukturu əldə edir. Qafqaz dağlarının ərimiş suları və çayların yaxınlığı ağ şərablar üçün xarakterik olan yüksək dad keyfiyyətlərinə və zərif minerallığa malik üzüm yetişdirməyə imkan verir.
İtaliyanın qabaqcıl laboratoriyalarında beynəlxalq enoloq-aqronomların rəhbərliyi altında aparılan iqlim şəraiti və teruar tədqiqatının nəticələrinə görə, ən uyğun beynəlxalq üzüm növləri seçildi. Avropanın aparıcı şitil tədarükçüsü olan “Vivai Cooperativi Rauscedo” tərəfindən altı Ali Üzüm növləri – Şardone, Rizlinq, Savinyon Blan, Kaberne Savinyon, Pino Nuar və Merlo daxil olmaqla, 22-dən çox növü təmin edilmişdir. Hazırda üzüm bağlarının əkin sahəsi 360 hektardan çoxdur. Üzümün yığılması və çeşidlənməsi tamamilə əl ilə həyata keçirilir.
We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more