Ana səhifə / Haqqımızda / Zavod
“SAVALAN – ASPI Winery” İtaliya mütəxəssislərinin rəhbərliyi altında, Böyük Qafqazın ətəklərində, Savalan vadisində qədim zamanlarda şərabçılıq sənətinin çiçəkləndiyi unikal iqlim şəraitinə malik ərazidə şərabçılıq sənətini canlandırır. İtaliyan mütəxəssislər tərəfindən aparılan torpaq və iqlimin hərtərəfli təhlilindən sonra üzüm bağlarımız üçün üzüm tingələri həmin sahə üzrə dünya lideri olan “Vivai Cooperativi Rauscedo” şirkəti tərəfindən təmin edilmişdir. Bundan əlavə, gündəlik qayğı, üzümlərin əl ilə yığımı və diqqətlə seçilməsi, “Della Toffola” şirkəti tərəfindən təchiz edilmiş müasir zavodda emal, fransız palıd çəlləklərində şərabın yaşlandırılması və davamlı monitorinq nəticəsində Azərbaycan şərabçılığının adət-ənənələri və İtalyan texnologiyaları, ləzzətli və yüksək keyfiyyətli şərablarımızda birləşdirilmişdir.
We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more