Bu film şərab dünyasına və Azərbaycanın heyrətamiz təbiətinə əsl səyahətdir. Filmin çəkilişlərində “SAVALAN – ASPI Winery” şirkəti iştirak edib. Əməkdaşlarımız üzüm yetişdirilməsi, şərabçılığın tarixi haqqında maraqlı faktlar danışıb, Azərbaycan şərablarının dünyanın necə ən yaxşılarından birinə çevrildiyini izah ediblər.
Filmin müəllifi İnna Lisovskayadır.
Təqdimatdan sonra isə tədbirin qonaqları üçün “SAVALAN” şərablarının dequstasiyası keçirildi.