Home / Savalan Art
Savalan Art



Ənənə kimi keyfiyyət, sənət kimi şərab
Ən qədim zamanlardan üzüm və şərab sənət üçün ilham mənbəyi olmuşdur. Azərbaycan poemaları və oyma sənətləri, qədim Yunanıstanın amforaları, Roma imperiyasının freskaları, dünyanın ən məşhur muzeylərinin kolleksiyaları — hamısı şərabı həyatın, ehtirasın, bolluğun və təbiətlə harmoniyanın simvolu kimi tərənnüm edir.
Bu ənənəni davam etdirərək, biz rəssamları Savalan vadisinin füsunkar təbiətindən, üzüm bağlarından və şərab zavodundan ilham almağa dəvət edirik.
Sizi rəssamların işləri ilə rəqəmsal qalereyamızda tanış olmağa dəvət edirik.
ART QALEREYA

ART Zone – Rəngkarlıq Simpoziumu
Mədəniyyət və sosial yönümlü “ART Zone” Simpoziumu ilk dəfə 2019-cu ilin sentyabrında Qəbələdə start götürümüşdür. Layihənin başlıca məqsədi çağdaş Azərbaycanın məşhur rəssamlarını ölkənin müxtəlif bölgələrində gözəl bir məkana toplayaraq sərbəst mövzularda yeni əsərlərin ərsəyə gəlməsini təmin etmək və müasir Azərbaycan rəssamlıq məktəbinin əl işlərinin indiki nəsilə təbliğ etməkdir.

10-cu yubiley “ArtZone” simpoziumu: “SAVALAN şərabına boyanmış əsərlər”
Mədəniyyət və sosial yönümlü “ART Zone” Simpoziumu ilk dəfə 2019-cu ilin sentyabrında Qəbələdə start götürümüşdür. Layihənin başlıca məqsədi çağdaş Azərbaycanın məşhur rəssamlarını ölkənin müxtəlif bölgələrində

9 – 14 sentyabr 2024-cü il tarixində Azərbaycanın Qəbələ şəhərində “SAVALAN –
ASPI Winery” şirkətinin dəstəyilə 9-cu “Art Zone” Rəssamlıq Simpoziumu
keçirilmişdir. Bu dəfə də simpozium incəsənət, təbiət və şəraba olan sevgini bir
araya gətirmişdir.
Artıq 9-cu dəfə baş tutan Simpoziumda əsərləri dünyanın bir çox ölkələrinin muzey və qalereyalarında sərgilənən, eləcə də şəxsi kolleksiyaları bəzəyən Azərbaycanın Xalq və Əməkdar rəssamları Elyar Əlimirzoyev, Müseyib Əmirov, Yelena Haqverdiyeva, Vüqar Muradov, rəssamlar Elnur Babayev, İlqar Tahiri, Aydın Əsgərov,



