World Drinks Awards Böyük Britaniyada hər il keçirilən və alkoqollu içkilər sənayesinin ən nüfuzlu beynəlxalq mükafatlarından biri hesab olunan müsabiqədir. Müsabiqə dünyanın aparıcı içki sənayesi mütəxəssislərini bir araya gətirir və dünyanın müxtəlif ölkələrindən olan ən yaxşı nümunələri qiymətləndirir. Dequstasiya peşəkar münsiflər heyəti tərəfindən blind tasting — yəni kor dequstasiya formatında həyata keçirilir; burada içkinin keyfiyyəti, qoxusu, dad balansı və xarakteri dəyərləndirilir.
Qızıl medal məhsulun yüksək keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir. Country Winner mükafatı isə müəyyən bir ölkə üzrə öz kateqoriyasında ən yaxşı məhsula təqdim olunur və brendin beynəlxalq müsabiqədə milli səviyyədə liderliyini vurğulayır.





