logo-savalan

10-cu yubiley “ArtZone” simpoziumu: “SAVALAN şərabına boyanmış əsərlər”

1–7 sentyabr tarixlərində Qəbələdə 10-cu yubiley “Art Zone” simpoziumu keçirildi. Bu il simpoziumun mövzusu «SAVALAN şərabına boyanmış əsərlər» idi. Bu əlamətdar tədbir bir daha göstərdi ki, Azərbaycanda incəsənət və şərabçılıq qovuşaraq bənzərsiz mədəni ənənə yaradır.

Simpoziumda 13 rəssam iştirak etdi. Onların arasında Azərbaycanın xalq və əməkdar rəssamları: Əliyar Əlimirzəyev, Müseyib Əmirov, Yelena Haqverdiyeva və Vuqar Muradov var idi. Onlarla yanaşı, digər görkəmli və istedadlı rəssamlar – Elnur Babayev, Təranə Ağayeva, Emin Əsgərov və Elnur Mahmudov da simpoziuma qoşuldular. Gənc nəsli isə artıq yaradıcılığı ilə diqqət çəkən Bəhruz Kəngərli, Reyhan Aslanova, Məhəmməd Əli İsrafilov və Xəqan Bayramov təmsil edirdi. Hər il olduğu kimi, bu il də Türkiyənin «Çanaqqala 18 Mart» Universitetinin müəllimi Vahid Novruzov simpoziumun iştirakçısı oldu.

Bir həftə ərzində rəssamlar bölgənin ab-havasına qərq oldular: SAVALAN – ASPI Winery şərab zavodunu, şərab muzeyini və üzümlükləri ziyarət etdilər, Qəbələnin təbiət və tarixi zənginliyi ilə yaxından tanış oldular. Onların gördükləri və yaşadıqları təəssüratlar isə əsərlərində öz əksini tapdı.

Nəticədə 26 unikal rəsm ərsəyə gəldi. Bu əsərlərdə Azərbaycanın şərabçılıq mədəniyyəti və Qəbələnin füsunkar gözəlliyi bədii dillə ifadə olundu. Simpoziumun təntənəli bağlanışı isə iştirakçılara sertifikat və diplomların təqdim olunması ilə yadda qaldı və yubiley tədbirinin əlamətdar bir hissəsinə çevrildi.

10-cu yubiley “ArtZone” simpoziumu: “SAVALAN şərabına boyanmış əsərlər”

Date:
14/07/2025

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.