logo-savalan

Cin: öz tarixinə və Azərbaycan xarakterinə malik içki

Köhnə britaniya filmindən bir səhnə yada düşür: zadəgan təkəbbürünün təcəssümü olan əfsanəvi Terri-Tomas, yaxtada cinin tükəndiyindən xəbər tutaraq birdən-birə ümidsizliyə qapılan bir personajı oynayır. Onun bu içkinin Britaniya imperiyasının yaradılmasına necə yardım etdiyi haqqında monoloqu komik idi, lakin onda dərin həqiqət gizlənirdi. Cin  sadəcə bir içki deyildir. Bu təkcə dad reseptorlarını deyil, həm də bizim varlığımızın özünü təzələməyə və incələməyə qadir olan zərifliyin və üslubun təcəssümü olan bir simvoludur. Müasir dünyada, onun öz ətrafındakı hər şeyi udan, amansız çaparaq həyat tərzi və qarışıqlığı ilə, cin zərif, yüngül nostalqiya və heyrətamiz universallıq adası olaraq qalır.

Cin, bu “ardıc ruhu”, öz mənşəyini 17-ci əsr Niderlandından – harada ki, əczaçı Fransisk Silviy bir müalicə vasitəsi kimi “jenever”i – ardıc miksturasını yaratmışdı – başlayır. Lakin, bu içki əsil şöhrəti İngiltərədə, niderland kralı Oranlı Vilhelm Britaniya taxtına sahib olduğu zamandan, qazanır. Cin, əlçatan və sevimli xalq içkisinə çevrilir, hərçənd ki, 18-ci əsrdə ondan həddən ziyada istifadə edilməsi “cin ağılsızlığı” kimi məşhur olan sosial tənəzzülü meydana gətirmişdi. Ancaq 19-cu əsrdə kolonlarda distillyasiya texnologiyasının meydana gəlməsi ilə həmin saf, rayihəli, nəcib “quru London cini” dünyaya gəldi. O zamandan bəri cin, saysız-hesabsız kokteyllərin əsasına və tünd içki həvəskarlarının sevimlisinə çevrilərək, bütün dünyanı fəth etdi.

Maraqlıdır ki, cinin öz səciyyəvi dadı ardıc növ giləmeyvələrilə zəngin olduğuna baxmayaraq, müasir istehsalçılar onun resepturasına onlarca, sitrus meyvələrindən ekzotik ədvalara qədər, bitki mənşəli komponentlər daxil edirlər. Hər bir şərab istehsalçısı öz rayihə simfoniyasını yaradır və cinin ecazkarlığı məhz bu rəngarənglikdədir.

Öz şərabları ilə dünya səviyyəsində məşhur olan SAVALAN-ASPI Winery şirkəti özünün cinini təqdim etdi və bu hadisə dəyər verənlər üçün əsil kəşf oldu. SAVALAN Gin – 40% tündlüyə malik klassik, lakin parlaq Azərbaycan xarakterli quru London cinidir. Necə deyərlər, klassik içkidə Azərbaycan ruhu. Hər damlasında portağalın sitrus təravəti, feyxuanın ekzotik çalarları, qırmızı reyhanın zərifliyi və ardıc giləmeyvələrinin klassik dərinliyi özünü biruzə verir. Zəncəfilin, bibərin və tərxunun zərif çalarları tədricən, sanki heyranedici şərq nağılında olduğu kimi açılan mürəkkəb, çoxqatlı rayihə yaradaraq, dadı zənginləşdirirlər.

SAVALAN-ASPI Winery cin istehsalının britaniya ənənələrini Azərbaycan florasının zənginliyi ilə birləşdirməyə nail oldu. Qafqazda çox sevilən qırmızı reyhan və tərxun içkiyə təkrarolunmaz fərdilik verir. Tropik şirinliyə malik feyxua ekzotik sirlilik əlavə edir. Bu – şərq bazarlarının, dağ bağlarının və isti Xəzər küləyinin sədasının gəldiyi cindir, lakin bütün bunlarla yanaşı o, janrın klassik kanonlarına sadiq qalır.

SAVALAN Gin-i təmiz, 8-10°С-yə qədər sərinləşdirilmiş vəziyyətdə, buzla içmək daha yaxşıdır, çünki bu zaman Siz onun təravətini və tərkib hissələrinin zənginliyini tam mənada qiymətləndirə bilərsiniz. Sərinlik sitrus çalarlarını vurğulayacaq və içkiyə yumşaq, sərinləşdirici dad sonluğu verəcəkdir. Ümumiyyətlə, o həm də klassik kokteyllərin – məsələn, onun mürəkkəb rayihəsinin yeni cəhətdən açıldığı cin-tonikin – əsası kimi əsrarəngizdir.

Cin – adi içkidən daha artıqdır. Bu – günlərin sürətli axınında ani fasilələrdir, ayaq saxlamaq və həyatın dadını hiss etmək imkanıdır. SAVALAN-ASPI Winery-nin SAVALAN Gin-i Sizin üçün xüsusi dəvəti olan menestrelə oxşayır – o Sizi özü ilə səyahətə dəvət edir: vaxtilə dumana bürünmüş London küçələrindən Azərbaycanın günəşli yamaclarına kimi, ciddi klsssikadan şərq əliaçıqlığına kimi…  Onu dadın və qoy hər bir damlası Sizin üçün zərifliyin və üslubun kiçik bayramı olsun!..

 

Hörmətlə,

Fuad Seyidəliyev və Arif Rəhimov

“SAVALAN-ASPI Winery”nin təsisçiləri

Cin: öz tarixinə və Azərbaycan xarakterinə malik içki

Date:
15/11/2025

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.