Qələbələrdə ən şirin olan nədir? Əlbəttə ki, onların təkrar-təkrar əldə olunması! Bəli, onlar təsadüfən baş vermirlər, məhz əldə olunurlar!
Biz bunu yenə də bacardıq – daha bir qələbə əldə etdik!
Hələ bundan əvvəl, yazda biz, London Spirits Competition-da içkilərimizin əldə etdiyi zəfəri bayram edərək, bu şad xəbəri sizinlə bölüşməyə tələsdik və budur – yenə zəfər, bu dəfə IWSC-də!
İçərisində əlahiddə nəyinsə olduğu şüşəni açdığınız zaman keçirdiyiniz o hissi xatırlayırsınızmı? Bizim sənətkarlarımız məhz belə anları yaradırlar. Çünki qələbə – ilk növbədə, tanınma deməkdir. Bəli, ekspertlər, peşəkarlar tərəfindən tanınma, lakin ən başlıcası, sənin sevinc bəxş etdiyin insanlar tərəfindən tanınmadır – istər aram-aram uğuldayan sobanın yanında əlində Grappolo badəsi ilə keçən dinc anlar olsun, istərsə də dostların əhatəsində armud və ya tut arağını dadmaqla keçən səsli-küylü şənlənmə. Bax belə nailiyyətlə xüsusilə qürur duymağa dəyər!
Bəli, bu dəfə bizim qələbəmizin gur səsi IWSC-dən – International Wine and Spirit Competition-dan, 1969-cu ildən Londonda keçirilən, hər il doxsandan artıq ölkədən 12 mindən artıq nümunəni əhatə edən, dünyanın ən qocaman yarışmalarının birindən eşidilir. Bəs bu il orada nə baş verdi?
Baş verən isə bu idi: SAVALAN-Aspi Winery şərabçılıq şirkəti öz dəyərli distillatlarını ekspertlərin mühakiməsinə təqdim etdi və onlardan üçü mükafatlarla qayıtdı!
Bizim özünəməxsus grappamız SAVALAN Grappolo heyranedici 95 balla qızıl medala layiq görüldü. Hakimlər onun buketinə – tər, yetişmiş qovun və ingilis gülü notları ilə – məftun oldular. Dadında isə onlar şirin meyvə turşuluğunu, quru ərik, quru toxumlar və… sərin nəm daşın mürəkkəb qatlarını qeyd etdilər. Bir sözlə poeziya, elə deyilmi?
SAVALAN Tut Arağı (bizim tut arağımız) 89 bal verilməklə bürünc medala layiq görüldü. Hakimlər rayihəli gavalı notlarının incə bibər çalarla necə oynadığına, yumşaq, şirin dadın isə parlaq meyvəli vurğularla səslənməsinə və sonradan təmiz, çəyirdəkli notlarla bitən dad verməsinə biganə qalmadılar.
SAVALAN Armud Arağı – bizim istehsal etdiyimiz armud arağı – həmçinin 87 balla bürünc medal qazandı. Ekspert münsiflər heyətini ot və torpaq notları ilə, sabit ağac bazasında incə armud və azacıq bal dadına keçən ədviyyatlı rayihə heyran etdi.
Qeyd etmək lazımdır ki, IWSC-də qiymətləndirmə proseduru subyektivliyi istisna edir. Müsabiqədə yerinə yetirilən ikiqat kor dequstasiya o deməkdir ki, nümunələr pərdə arxasında, ayrılıqda götürülmüş içkinin istehsalçısı və ya hətta regionu belə göstərilmədən, təqdim olunurlar. Yeri gəlmişkən, qızıl medallar əlavə komissiya tərəfindən yenidən nəzərdən keçirilir, bax belə!
IWSC-nin nüfuzluluğuna artıq onun bəzən “İçki sənayesi olimpiadası” adlandırılması da dəlalət edir. Aydındır ki, heç nəyi elə-belə “olimpiada” adlandırmazlar, elə deyilmi? Belə bir tədbirdə qələbə çox dəyərlidir. Gəlin həddən ziyada təvazökarlıq etməyək – bu konkret halda, xanımlar və cənablar, IWSC-də ciddi və qərəzsiz qiymətləndirilmədən keçərək, biz SAVALAN-da – bir daha! – sübut etdik ki, bizim istehsal etdiyimiz içkilər layiqli olaraq dünya nəcib distillatlar ailəsinə daxildirlər.
Müsabiqə başa çatdı. Sertifikatlar verildi. İş davam edir. Biz artıq irəliyə baxırıq, çünki SAVALAN-da biz keyfiyyətin və ustalığın yeni yüksəkliklərinə doğru can ataraq, irəliləməklə yaşayırıq,
Müdriklər demişlər: “hərəkət – həyatdır”. Biz buna ürəkdən inanırıq. SAVALAN-da biz həmişə hərəkətdəyik, həmişə keyfiyyətin yeni zirvələrinə can atırıq. Biz bununla yaşayırıq. Kredo? Bəziləri üçün, bəlkə də, bəli. Bizim üçün isə bu – sadəcə yerinə yetirdiyimiz işin mahiyyətidir.
Nəticələrdən göründüyü kimi, biz doğru yoldayıq!
Hörmətlə,
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri