logo-savalan

Mişlen bələdçisinin restoranları və SAVALAN

ÇoxlarıMişlen Restoranı ifadəsini prestijli müəssisələrlə əlaqələndirir, bu cür restoranlaradaxil olmaq isə böyük bir şərəf sayılır. Lakin bəzi insanlar Mişleni, ən böyük şin istehsalçısışirkəti ilə əlaqələndirirlər. Bəs bilirdinizmi ki, hər iki istehsal sahəsi eyni şirkətə məxsusdur? Buməqalədə qısa şəkildə şin istehsalı ilə məşğul olan şirkətin necə dünyanın ən nüfuzlu restoranreytinqini yaratdığını izah edəcəyik.

Mişlen şirkəti 19-cu əsrin sonunda Fransada Andre Eduard Mişlen qardaşları tərəfindənqurulub. Qardaşlar şin istehsalında pioner olmuşdular, lakin başlanğıcda bizneslərini inkişafetdirməkdə çətinliklərlə üzləşdilər. Səyahət mədəniyyəti hələ yaranmaqda idi avtomobillərəböyük tələbat yox idi. Buna görə yeni növ nəqliyyat vasitəsi üçün şin istehsalı şirkətə böyükgəlir gətirmirdi. Avtomobillərə səyahətlərə (şinlərin tez-tez dəyişdirilməsinə) marağı artırmaqüçün qardaşlar zəka tələb edən bir marketinq addımı atdılarsəyahətçilər üçün bələdçikitabçasını yaratmağı düşündülər.

1900-cü ildə ilk Mişlen Bələdçisi nəşr olundu. Bu bələdçi başlanğıcda pulsuz idi avtomobilsahibləri üçün faydalı məlumatlar təqdim edirdi: yanacaq doldurmaq üçün stansiyaları, avtomobil servis mərkəzləri, mehmanxanalar əlbəttə ki, restoranları. Zamanla bələdçi dahaçox gastronomik kəşflərə fokuslanmağa başladı bu, cəmiyyəti xüsusilə cəlb etdi. BugünMişlenrestoranları ilə tanış olmaq çox asandır, çünki bütün dünya üzrə restoranları göstərənonlayn bələdçi mövcuddur.

Mişlen Bələdçisinə necə düşmək olar?

Restoranlar ciddi anonim yoxlamadan keçir. Real gastronomiya peşəkarları olanMişlenmüfəttişləri adi müştərilər kimi müəyyən restoranları ziyarət edir həm müəssisə, həm mətbəx haqqında öz rəyini formalaşdırırlar. Restoranlar aşağıdakı əsas meyarlara əsasənqiymətləndirilir: inqrediyentlərin keyfiyyəti, aşpazın ustalığı, fərdilik, sabitlik qiymət-keyfiyyət nisbəti. Yuxarıda qeyd olunan bütün meyarlara uyğun olan restoranMişlen QırmızıBələdçisi”nə daxil ola bilər hətta bütün aşpazların arzuladığı ulduzları qazana bilər.

Mişlenulduzları

1926-cı ildəMişlenşirkəti ilk dəfə olaraq restoranlara möhtəşəm mətbəxə görə ulduzlarverməyə başladı. Başlanğıcda yalnız bir ulduz verilirdi amma sonradan qiymətləndirmə sistemiüçulduzlu oldu. Hər bir ulduzun öz mənası var:

* Bir ulduzrestoran öz kateqoriyasında yaxşı səviyyədədir.

* İki ulduzyeməkləri o qədər ləzzizdir ki, bu restoranı ziyarət etmək üçün yolundan dönməyədəyər.

* Üç ulduzgastronomik şedevrdir, hansı ki, yalnız buna görə ayrıca səyahət etmək olar.

Mişlenulduzu gastronomiya dünyasında ən yüksək tanınma nişanı halına gəldi bu, restoranların aşpazların həyatını bütün dünyada dəyişdi.

Digər restoran reytinqləri

Şübhəsiz ki, “Mişlenin Qırmızı Bələdçisiyüksək mətbəx restoranlarının dünyasına daxil olmaqüçün yeganə rəhbər deyil. Diqqət yetirilməli olan digər bir bələdçi isəGault & Millau” (Go Miyo) – başqa bir fransız restoran bələdçisidir. Hansı ki, restoranları, daha doğrusu, onlarınmətbəxini 20 ballıq şkala ilə qiymətləndirir. Lakin bu mövzunu biz bloqumuzda bir az sonraətraflı şəkildə müzakirə edəcəyik, amma indiki halda Mişlen bələdçisinə fokuslanmaq istəyirik.

“SAVALAN” Mişlen”?

Əlbəttə, elit restoran reytinqlərini müzakirə etməyə başlamağımız təsadüfi deyil — “SAVALAN” brendinin məhsulları dünyadakı çoxsaylıMişlenrestoranlarında qürurla təqdim olunurbələdçilərdə sadəcə adı çəkilənlərdən tutmuş, 3 Mişlen ulduzuna sahib restoranlara qədər!

Restoran siyahısı olduqca genişdir hər birinə xüsusi diqqət yetirmək istəyirik, buna görə Mişlenbələdçisinə daxil olan “SAVALAN” məhsulları təqdim olunan restoranlara həsrolunmuş məqalələr seriyasını başlamağa qərar verdik. Biz öz növbəmizdə bu restoranlarınatmosferini mümkün qədər çatdırmağa çalışacağıq ki, auditoriyamızaSAVALAN”şərabı iləyanaşı, original zərif yeməkləri dadmaq üçün ideal yerlər haqqında da təsəvvür yarada bilək.

Hörmətlə,
Fuad Seyidəliyev və Arif Rəhimov
SAVALANASPI Şərabçılıq zavodunun qurucuları və ortaqları

Mişlen bələdçisinin restoranları və SAVALAN

Date:
22/01/2025

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.