logo-savalan

Qəbələ şəhərində “SAVALAN” şərab zavodunun və Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə Elmi seminar təşkil olunmuşdur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflər Konfransı (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərə uyğun olaraq 29 sentyabr 2024-cü il tarixində“SAVALAN” şərab zavodunun və Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Qlobal iqlim dəyişmələri fonunda üzümçülük və şərabçılıq üçün təhdidlər və risklər: Quraqlıq fonunda üzümlüklərin becərilmə texnologiyası və genetik ehtiyatlardan səmərəli istifadəsi” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda “Savalan-Aspi Vayneri MMC”-nin direktoru Əjdər Şəfizadə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru,Aqrar Elmlər üzrə Elmlər doktoru Vüqar Səlimov, “ASPİ-AQRO MMC”-nin baş aqronomu Oktay Əzizov çıxış etdilər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov aqrar sahəyə, o cümlədən emal sahəsinə qlobal iqlim dəyişkənliyinin də təsirsiz ötüşmədiyini öz çıxışında qeyd etmiş və bu problemin həlli yollarını araşdırmşdır. O öz çıxışında bildirmişdi ki, qlobal iqlim dəyişkənliyi nəticəsində havanın gündəlik orta temperaturunun daim yüksəlməyə meyilliliyi, kataklizmlər, sellər, quraqlıq, bəzən leysan xarakterli yağışlar, meşə yanğınları, ətraf mühitə atılan karbon tullantıları, pestisidlərlə çirklənmə və s. üzümçlük və şərabçılıq sahəsindən də yan keçməyərək, istehsalçıları ciddi çətinliklərlə üz-üzə qoyur. Həmçinin, bir sıra iqlim amillərində, o cümlədən düşən yağıntıların miqdarında qeyri-mütənasiblik və kəskin azalmalar meydana gəldiyi haqda məlumat vermişdir. Bunun nəticəsində isə bəşəriyyət, o cümlədən kənd təsərrüfatı əhəmiyyətli bitkiləri təhlükəli risk amili -quraqlıqla üz-üzə qaldıgını qeyd etmişdir. O, araşdırmalara görə, stress faktorları arasında son illərdə quraqlığın təsiri artaraq 26%-ə qədər yüksəlməsi haqda danışmışdır. Həmçinin, qeyd etmişdi ki, quraqlıq güclü müşahidə olunan illərdə onun təsirindən məhsul itkisi 50%-ə qədər yüksəlir.

Tədbirdə çixış edən “Savalan-Aspi Vayneri MMC”-nin direktoru Əjdər Şəfizadə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə müəssisənin qarşılıqlı əməkdaşlığı və gələcək planları haqda tədbir iştirakçılarına geniş məlumat verdi.
“ASPİ-AQRO MMC”-nin baş aqronomu Oktay Əzizov isə introduksiya olunmuş üzüm sortlarının xüsusiyyətləri, yerli iqlim və torpaq şəraitində onların yetişdirilməsi, o cümlədən müəssisənin üzüm bağlarında müassir üsullarla aparılan aqrotexniki işlər barəsində danışdı.
Tədbirdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən “Qlobal iqlim dəyişmələri şəraitində üzümçülük və şərabçılıq üçün yaranan ekoloji risk amillərinin müəyyənləşdirilməsi və onlara qarşı preventiv tədbirlər işlənib hazırlanması” mövzusunda təqdimatlar təşkil olundu.
Tədbir çərçivəsində mütəxəssislər tərəfindən Savalan şərab zavodunun ərazisində, çay kənarlarında və meşə zonasında yabanı halda yetişən “yabanı” üzüm tənəklərinə baxış keçirildi.
Mütəxəsislər tərəfindən bu meşələrdə aşkar edilən yabanı nümunələri çoxaldılmaq və molekulyar-genetik tədqiq olunmaq üçün tədarük edilməklə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda tədqiqata cəlb etmək məqsədə uyğun hesab edildi.
Tədbirin sonunda “Savalan-Aspi Vayneri MMC”-ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında qarşılıqlı əməkdaşlıq əsasında qlobal iqlim dəyişmələri fonunda üzümçülük və şərabçılıq üçün təhdidlər və risklər, onlardan çıxış yollarının araşdırılması ilə baglı Tədbirlər Planının işlənib hazırlanması qərara alındı.
Konfrans iştirakçıları onun işindən məmnun qaldıqlarını bildirmiş və belə tədbirlərin mütəmadi keçirilməsini tövsiyyə etmişlər.

 

 

 

Qəbələ şəhərində “SAVALAN” şərab zavodunun və Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə Elmi seminar təşkil olunmuşdur.

Tarix:
29/09/2024

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.