logo-savalan

Şərab sənəti, fırça sənəti – Qəbələdə yaradıcılıq simfoniyası

Günəş şüasının, üzüm salxımından süzülərək, rəssamın fırçasının kətan üzərində yaratdığı sehrə çevrilməsində nəsə bir ecazkarlıq vardır. Nahaq yerə deməmişlər ki: “Harada şərab varsa, orada mahnı da var; harada mahnı varsa, orada ruh vardır”.

Artıq altıncı ildir ki, biz ardıcıl olaraq, Art Zone layihəsi çərçivəsində, bu heyrətamiz ilham dolu yaradıcılığın şahidi oluruq.

Bizim incəsənətə münasibətimiz heç vaxt təsadüfi, ötəri olmamışdır. Axı, şərabçılığın özü də sözün ali mənasında bir sənətdir. Şərab istehsalçısı, eynilə rəssam kimi, çalarlarla və yarımçalarlarla, ahəngdarlıqla və ziddiyyətlə işləyir. SAVALAN-ASPI Winery-dən hər şüşə şərab – həm məhsuldar ilin özünün avtoportreti, həm də müəyyən zaman anında təbiətin əhval-ruhiyyəsini əks etdirən mənzərədir.

Şərab və incəsənətin müttəfiqlik ənənəsi sivilizasiyanın özü qədər qədimdir. Fransada Château Mouton Rothschild 1945-ci ildən etibarən etiketlərin yaradılmasını görkəmli rəssamlara – Picassodan Chagall-a qədər – həvalə edir. Toskanada Antinori ailəsi altı əsrdən çox bir müddətdə şərab istehsalını himayədarlıqla birləşdirir. Kaliforniyada Coppola şərab zavodu mədəni mərkəzə çevrilmişdir. İndi isə bu nəcib ənənə Qəbələnin dağ ətəklərində öz davamını tapmışdır.

Art Zone üçün Qəbələnin seçilməsi təsadüfi deyildir. Bir zamanlar Qafqaz Albaniyasının paytaxtı olmuş bu qədim şəhər, sanki ilham vermək üçün yaradılmışdır. Dağ zirvələri buludlarla gizlənpaç oynayırlar,  vadilər isə zümrüd xalçalar kimi üzüm bağları ilə örtülmüşlər. Hər şəfəqin incə təbəssümü günəş işığının, sonradan fırça ustalarının kətanlarına yatırılan kadmium və ultramarin kimi, yeni çalarlarını bəxş edir.

Biz bu altı il ərzində görkəmli rəssamlarla işlədik. Xalq rəssamları Əliyar Əlimirzəyev və Müseyib Əmirov gənc istedadlar Bəhruz Kəngərli və Reyhan Aslanova ilə çiyin-çiyinə çalışdılar. Əməkdar rəssamlar Yelena Haqverdiyeva və Vüqar Muradov təcrübələrini həmkarları – yeni başlayan gənc fırça ustaları ilə bölüşdülər. Bu nəcib buketə xaricdən gəlmiş həmyerlilərimiz – Rusiyadan Bayram Səlamov və Türkiyədən Vahid Novruzov – beynəlxalq çalarlar əlavə edirlər.

Rəssam şərab zavodunun atmosferinə qərq olduqda nə baş verir? Bu, başqa bir sənətin sirrinə özünəməxsus şəkildə bələd olmaq deyilmi? Usta, sübh çağı üzüm tənəklərinin arasında durur, günəş şüalarının şehi minlərlə almazla alışdırdığını görür. Digəri, fermentləşmənin – demək olar ki, eynilə kətan üzərində öz boyaları ilə qat-qat dərinlik yaradaraq, həyata keçirdiyi prosesin — tünd rayihəsini sinəsinə çəkir. Üçüncüsü isə, SAVALAN-ASPI Winery-nin şərablarının hər bir qurtumunun sanki onun daxili palitrasına yeni bir çalar əlavə etdiyi degustasiya zalında ilham tapır.

Bizim simpoziumlarımız artıq bir neçə ildir ki, keçirilirlər və bu, onların altıncısı idi. Kolleksiyamızın əsərlərnin hər biri – onlar artıq onlarla saydadırlar – özündə yaradıcısının ruhunun bir parçasını daşıyır.

Biz incəsənət aləminə, hər bir əsərin sizə öz hekayətini danışmağa hazır olduğu o sferaya, daha dərindən baş vurmaq istərdik. Biz rəsmlərimizi sərgiləndirməyə başlamaq qərarına gəldik: bu sərvətlər indi təkcə fiziki məkanda deyil, həm də SAVALAN.ART rəqəmsal qalereyasında – hər bir əsərin sizə öz hekatəsini danışacağı yeni bir bədii ölçüdə əlçatandırlar.

Əlbəttə ki, biz bu sahədə irəlilədikcə, rəssamlıq sənətini şərabçılıq sənəti ilə yaxınlaşdıraraq, sizə öz yeni nailiyyətlərimizdən də danışacağıq – və onlar olacaq, inanın! Belə ki, bizimlə əlaqədə qalın (və vaxtaşırı badələrinizi bizim şərablarla doldurmağı unutmayın).

Təkrar edirik: planlarımız iddialıdırlar: biz, incəsənətlə şərabçılığın qarşılıqlı əlaqəsi sahəsində səylərimizi daha da genişləndirməyi və dərinləşdirməyi planlaşdırırıq. Axı, hərcmərcliklə dolu bir dünyada bizim şərabımızın hər bir şüşəsi və kolleksiyamızın hər bir rəsm əsəri – gözəlliyin çəlimsizlik üzərində, arzunun güzəran üzərində, işığın zülmət üzərində kiçik, lakin çox əhəmiyyətli bir qələbəsidir!

Hörmətlə,

Fuad Seyidəliyev və Arif Rəhimov

“SAVALAN-ASPI Winery”nin təsisçiləri

Şərab sənəti, fırça sənəti – Qəbələdə yaradıcılıq simfoniyası

Date:
24/10/2025

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.