Azərbaycan pavilyonu Parisdə, Eyfel qülləsinin yaxınlığında, Qəbələnin kulinariya irsini təqdim etdi. Pavilyon Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyası tərəfindən birgə təşkil olunub.
Şeflər Elmar Əliyev və Rasim Nəcəfov qonaqlara bölgənin dağ havasını və zəngin kulinariya incəliklərini əks etdirən yeməklər təqdim etdilər. Bu günlər ərzində bütün kulinariya ləzzətləri Savalan Aspi Winery şərabları ilə müşayiət olundu və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.
Gabala Hospitality Group ilə birgə biz yalnız Qəbələ mətbəxinin zənginliyini deyil, həm də bu regionun şərabçılıq tarixini və ənənələrini nümayiş etdirməyi bacardıq.





