Gəlin, bir az şərab mövzusundan kənara çıxaq və SAVALAN xəttində təqdim olunan digər spirtli içkilər barədə danışaq, yəni – distillələrdən. Bu içkilər maye maddələrinin fermentasiyasından sonra distillə prosesi ilə əldə edilən spirtli içkilərdir. Onlar arasında brandi, konyak, viski, kalvados, tekila və s. içkilər mövcuddur. Şübhəsiz, hər biri öz tarixi və dadı ilə fərqlənir, amma onları birləşdirən, bu içkilərin hazırlanma texnologiyası – distillədir.
Distillə edilmənin növləri və xüsusiyyətləri barədə danışmadan əvvəl, bu içkilərin hazırlanma prosesini oxucularımıza qısa şəkildə izah etmək istərdik. Distillə (latınca stillare – damla-damla tökülmə və de- çıxarılma əlavəsindən) – bu, mayenin tərkib hissələrinə ayrılması prosesidir, bu da onun buxarlanması və istiliklə ayrılması yolu ilə həyata keçirilir. Spirtli içkilərin distillə edilməsi barədə danışarkən, əsas məqsədin işlənən xammalda ilkin olaraq mövcud olan çirklər və yağlardan təmizlənmiş saf məhsul əldə etmək olduğunu qeyd etmək olar.
Təbii ki, keyfiyyətli distillə edilmiş içkilərin əldə edilməsi üçün xammalı distillə etmək məqsədilə güclü və müasir avadanlıqlara ehtiyac var. Nəticədə, keyfiyyət bizim şərab zavodumuzun təməl prinsipidir, buna görə də SAVALAN sisteminə içkilərin hazırlanmasında istifadə etmək üçün İtaliyadan yüksək texnologiyalı distillə avadanlıqları gətirilib quraşdırılmışdır. Bu avadanlıqlar sayəsində biz məhsullarımızın maksimum yüksək keyfiyyətini əldə etməyə nail oluruq. SAVALAN – ASPI Winery zavodunda spirtli içkilər alambikdə, su buxarında (bagnomaria) distillə edilir. SAVALAN distillələrinin yaradılması üçün istifadə olunan unikallıq metodu, xammalın ən incə nüanslarını ayırd etməyə və qorumağa imkan verir.
Distillə edilmiş içkilərin istehsalının başqa bir xüsusiyyəti isə buzla filtrasiya olunmasıdır. Bu proses zamanı yağların çirkləri çıxarılır, nəticədə təmiz və şəffaf içki əldə edilir. Çoxları distillə edilmiş içkiləri, məsələn, araq kimi rektifikatlarla qarışdırır, bu da onların xarici oxşarlığına əsaslanır. Lakin qeyd etmək lazımdır ki, distillə edilmiş içki, istifadə olunan xammalın (meyvə, giləmeyvə və ya digər məhsulların) dadını və xüsusiyyətlərini saxlayır, halbuki rektifikat təkrar distillə edilir, içkinin tərkibi yenilənir və təbii məhsulların dadı itir. Buna görə də biz öz məhsullarımızı fəxrlə distillə adlandırırıq, çünki bu içkilərdə istifadə olunan meyvə və giləmeyvələrin ruhu möcüzəvi şəkildə açılır. Gəlin, bunu daha ətraflı izah edək.
Təbiət, Azərbaycanın torpağına zəngin meyvə və giləmeyvələrlər bəxş edib. Onların bir çoxu milli mədəniyyət, ənənələr və mətbəxlə sıx əlaqəlidir. SAVALAN distillələrini hazırlayarkən biz, ilk növbədə, armud, tut, heyva, zoğal və qarpız kimi məhsullara diqqət yetirməyi qərara aldıq. Hər bir distillə barədə bir az daha ətraflı danışaq.
Armud distilləsi öz incə ətrini şirin və yüngül acılıq hissi ilə bitən dadını saxlayır. Bu içki yumşaq, istiləndirici olub, bal və meyvə tamları ilə zəngindir. Armud distilləsi ənənəvi Azərbaycan mətbəxinin, məsələn, plovun yanında mükəmməl bir tamamlayıcıdır və həmçinin əla bir digestiv rolunu oynaya bilər.
Şirin, bir az turş dadı ilə tanınan tutdan hazırlanmış distillə, Abşeron yarımadasının əfsanəvi giləmeyvələrindən biri olan tutun zəngin və konsentrə edilmiş ətrini özündə cəmləyir. Bu içki ruhu isidir və milli mətbəximizin ənənəvi yeməkləri ilə birlikdə mükəmməl bir seçimdir.
Xarici görünüşü sərt, daxili isə yumşaq olan heyva, özünün kəskin turşuluğu ilə distillə edilmək üçün mükəmməl bir meyvədir və bu, içkini sitrus notları, incə bal dadı və uzun çiçəkli dad ilə zənginləşdirir. Belə bir içki zəngin ətli yeməklərin yanında dadlı bir əlavə kimi mükəmməldir.
Zoğal distilləsi əsl enoqastronomiya həvəskarları üçün idealdır. Bu içki ənənəvi reseptə əsasən hazırlanır, özü də bu giləmeyvə Azərbaycan mədəniyyətinin simvollarından biridir – onu bir çox ənənəvi yeməklərin reseptlərində tapmaq mümkündür. Zoğal distilləsinin hazırlanmasına xüsusi diqqət yetirilir: bir şüşə üçün təxminən 17,5 kq giləmeyvə istifadə olunur və bu giləmeyvələrin hazırlanması əl ilə aparılır, çünki zoğalın böyük hissəsini onun tumları təşkil edir. Nəticədə əldə olunan içki parlaq, kəskin dadı ilə seçilir və xoş bir dad buraxır. Əlavə olaraq, bu içki, giləmeyvənin bolluca yetişdiyi Azərbaycan dağlarının ruhunu daşıyır!
Hamı üçün olduğu kimi, qarpız – yay, günəş və dənizin simvoludur. Qarpız distilləsi tam olaraq belə bir ruhu yaradır, hansı ki, meyvənin incə ətrini və yüngül şirin notalarını özündə saxlayır. Eyni zamanda sərt içkilərə xas olan müəyyən dərinliyə malikdir. Qarpız distilləsi milli qəlyanaltılarla müşayiət edilir.
Bu gün ənənəvi sənətkarlıq yeni həyat tapdıqca, Azərbaycanın distillələri beynəlxalq bazarda getdikcə daha çox məşhurlaşır. Onların nadir xüsusiyyəti yerli məhsullar və müasir texnologiyaların sintezindədir, bu da həm mütəxəssislər, həm də həvəskarlar tərəfindən yüksək qiymətləndirilən içkilər İstehsal etməyə imkan verir.
Biz öz distillələrimizlə qürur duyuruq, çünki onlar ənənələrin, möhtəşəm ətrin və dadın sehrini özündə birləşdirir. Gələcəkdə isə sizə yeni məhsullar təqdim etməyi planlaşdırırıq. Ümid edirik ki, onlar da ürəklərinizi fəth edəcək!
Sizə ən dadlı şam yeməkləri, şəffaf və nəfis SAVALAN distillələri ilə unudulmaz təəssüratlar arzulayırıq!
Hörmətlə,
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri