“London Spirits Competition” hər il Londonda keçirilən və dünyanın müxtəlif ölkələrindən istehsalçıları bir araya gətirən nüfuzlu beynəlxalq sərt alkoqollu içkilər müsabiqəsidir. Müsabiqə məhsulları yalnız dadına görə deyil, həm də kommersiya cəlbediciliyi və dizaynına görə qiymətləndirir. Ekspertlər heyətinə peşəkar alıcılar (buyer), iri restoran şəbəkələrinin somelyeləri və gündəlik fəaliyyətində birbaşa alkoqollu içkilərlə çalışan, istehlakçı tələblərini dərindən bilən təcrübəli barmenlər daxildir.
Qiymətləndirmə 100 ballıq şkala üzrə aparılır və nəticələrə əsasən qızıl, gümüş və bürünc medallar təqdim olunur. Münsiflər heyəti “SAVALAN Gin”-i balzamik və çiçək notları ilə müşayiət olunan incə qoxuya, yumşaq dada və zərif dad sonluğuna malik içki kimi xarakterizə ediblər.




