Ətirli, tünd və zərif – SAVALAN istehsalı olan Grappolo məhz belədir. Brendi Sizi Britaniyayaçağırırsa, çaça Gürcüstandan bəhs edirsə, qrappa isə İtaliya ilə qırılmaz şəkildə bağlıdırsa, SAVALAN həqiqi dəyərverənlərə bu içkinin öz orijinal versiyasını – onun, əgər belə deməkolarsa, hər bir notunda innovasiya və ənənələrin vəhdət təşkil etdiyi, azərbaycansayağı cazinterpretasiyasını təqdim edir
Elə bu içkinin adının özü – “Grappolo“, yəni “qrappa damcısı” – italyan ənənələrinə ehtiramdolu bir işarədir, lakin eyni zamanda bu, bizim özünəməxsus yanaşmamız və unikal məhsulumuzbarədə nəzakətli, lakin qətiyyətli bir bəyanatdır. Biz, SAVALAN olaraq, Grappolo-nu digərüzüm distillatlarından fərqləndirən xüsusi istehsal prosesini işləyib hazırlamışıq.
SAVALAN-ın usta distillatorları mürəkkəb buxar distilyasiya qurğularından istifadə edir vəüzümün incə ətir və dad çalarlarını hiss etməyə və qoruyub saxlamağa imkan verən, patentləşdirilmiş üsulu tətbiq edirlər. Hər şey üzüm dənələrinin – hazırkı halda Tramine sortunun– ciddi cəhdlə seçilməsindən başlayır. SAVALAN Grappolonun əsas xüsusiyyətlərindən biri – onun istehsalında innovativ buz filtrasiyası texnologiyasının tətbiq edilməsidir. Bu üsul təbiiyağları və qatışıqları kənarlaşdıraraq, Savalan vadisinin havası qədər şəffaf və qədəhdə mayebrilyant kimi parlayan bir içki yaradır.
Bəs nəticədə nə baş verir? Nəticədə qarşımızda zərif bir distillat, zəngin dadlı, ilk qurtumundasonradan zərifliyə keçən ehtirasın hiss edildiyi bir içki peyda olur. SAVALAN Grappolobuketində ağ çiçəklərin, tropik meyvələrin incə notları ilə tamamlanan ətiri yer alır.
Grappolonun optimal dad xüsusiyyətlərini təmin etmək üçün onu 10°C temperaturunda təqdimetmək tövsiyə olunur.
Ənənəvi olaraq, digər üzüm distillatları kimi dijestiv (həzmə yardım edən) olaraq təqdim edilənSAVALAN Grappolo, bununla yanaşı, masa arxasında heyrətamiz universallıq nümayiş etdirir. Məsələn, bu içkimiz ət yeməkləri, o cümlədən qızardılmış quzu qabırğalarına çox uyğundur. Grappolo, həmçinin Azərbaycan mətbəxinin təamları ilə də içilə bilər. Bu, bizim istehsaletdiyimiz distillatı həm gündəlik naharlarda, həm də xüsusi hallarda istifadə etməyə imkan verir. Bir dijestiv qismində o, həzm prosesini dəstəkləyərək, qida qəbulunun mükəmməl yekununutəmin edir, əslində məhz buna görə də bu mövqedə “dijestiv” adını alır.
Aydın məsələdir ki, eynilə qrappa kimi, SAVALAN-ın üzüm distillatını da qəhvə ilə – ya tündqəhvə fincanı həvəskarının qədəhinə süzülən bir içki, ya da espressoya əlavə kimi içmək olar. Nəhayət, əgər İtaliyada qrappası olan Café Corretto varsa, qoy bizdə də qrappolosu olan Café Azerbaigianetto olsun. Yaxud olsun Café Azerbaigianese, baxır kimə necə xoş gəlirsə.
Bu içki ilə indiyə kimi tanış olmayan, amma kiçik yazımızı oxuduqdan sonra maraqlanan vəSAVALAN Grappolo ilə şəxsən tanış olmaq istəyənləri Həsənoğlu küçəsi, 4/22 ünvanındayerləşən butikimizə dəvət edirik. Burada təcrübəli əməkdaşlarımız sizə bu bənzərsiz distillatınbütün incəliklərini açmaqda kömək edəcəklər. Burada Siz SAVALAN-ın ən yaxşı spirtli içkilərinhazırlanması sənətində niyə yeni standartlar qoyduğunu anlayacaqsınız.
Beləliklə, hələlik bu qədər – amma biz sizinlə vidalaşmırıq, yox. Grappolo ilə tanış olmağahazırlaşanlara dequstasiya zamanı möhtəşəm dad hissləri, artıq bu içki ilə möhkəm dostluqqurmuş olanlara isə onunla xoş ünsiyyətin davamını diləyirik.
Hörmətlə,
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri