Azərbaycanın premium şərab istehsalçısı olan “SAVALAN – ASPI Winery”nin “SAVALAN” şərabları hər il İngiltərənin paytaxtı Londonda keçirilən dünyanın ən böyük və ən nüfuzlu şərab müsabiqəsi olan “Decanter World Wine Awards”da bu il də fərqlənməyi bacarıb. Müsabiqəyə göndərilmiş 8 növ “SAVALAN” şərabından 7-si gümüş və bürünc medallarla təltif olunub.