logo-savalan

Tarixə düşən çəllək – SAVALAN–ASPI Winery Ginnesin Rekordlar Kitabında!

Əziz dostlar!

 

Yaxın zamanda, dəqiq desək, 18 dekabr 2024-cü il tarixində “SAVALAN – ASPI Winery” ailəsində tarixi bir hadisə baş verdi! Böyük sevinc və qürur hissi ilə bildiririk ki, “SAVALAN – ASPI Winery” şərab zavodu dünyanın ən böyük şərabla doldurulmuş taxta şərab çəlləyinə sahib olduğu üçün Ginnesin Rekordlar Kitabına daxil olub. Bu isə, Azərbaycanın Ginnesin Rekordlar Kitabına düşməsinə yeni bir imkan yaradıb.

 

Belə ambisiyalı bir layihənin həyata keçirilməsi ideyası şərab zavodunun turizm infrastrukturunu inkişaf etdirmək və qonaqlarımıza həqiqətən xüsusi bir şey təklif etmək istəyimizdən irəli gəldi. 2020-ci ilin fevralında “SAVALAN – ASPI Winery” və İtaliyanın ən köhnə şərab çəlləyi istehsalçılarından biri olan G.& P. Garbellotto S.P.A. arasında böyük ölçülü taxta çəlləyin sifarişi üzrə müqavilə imzalandı.

 

Belə bir nəhəng çəlləyin yaradılması üzərində iş 5 il davam etdi. Çəlləyin yaradılması üçün 25 m3 həcmdə çoxəsrlik ağaclardan istifadə olunub. İstehsalatda 50 usta işləyib. Onlar ilk növbədə İtaliyadakı fabrikdə çəlləyin hissələrini əl ilə sökərək, daha sonra onu “SAVALAN – ASPI Winery” zavodunda yenidən qurmuşlar. Nəticədə 66.579 litr tutumlu, yəni 89.866 şüşə şəraba bərabər olan bir çəllək hazırlanıb!

 

Çəlləyin xarici görünüşü üzərində də eyni dərəcədə nəhəng bir iş görülmüşdü – bu, montajın layihələndirilməsindən tutmuş, unikal dizaynı və “SAVALAN – ASPI Winery” loqosunun həkk olunmasına qədər davam etmişdir. Hündürlüyü 3 metrdən çox olan rəsmdə üzüm yarpağının konturunda gizlənmiş Savalan vadisi təsvir olunub. Onun yaradılması üzərində iki həftədən çox müddət ərzində peşəkar italyan rəssamları çalışıb!

 

Dekabrın 18-də Ginnesin Rekordlar Kitabının rəsmi hakimi Patel Pravin Jasmatbhaynın iştirakı və baş ofisdən olan hakimlərin onlayn nəzarəti altında, çəlləmiz təntənəli şəkildə şərabla dolduruldu. Bütün zəruri prosedurlar tamamlandıqdan sonra, bizə yeni dünya rekordunun yaradılmasını təsdiq edən sertifikat təqdim olundu!

 

İndi bu unikal çəllək, şərab zavodumuzun ərazisindəki yeni muzey kompleksini bəzəyir və hər bir ziyarətçi onu öz gözləri ilə görüb, bu əsərin miqyasını və nəhəngliyini hiss edə bilər. Belə bir möhtəşəm layihəni həyata keçirən və Ginnesin Rekordlar Kitabına müraciətin təşəbbüskarı olan G.& P. Garbellotto S.P.A.-dan peşəkarlar komandasına, çoxdankı dostlarımıza və həmkarlarımıza səmimi təşəkkürümüzü bildiririk. Nəinki nailiyyətimizi yüksək qiymətləndirən, həm də təbii ki, imkanlarımıza inamımızı gücləndirən Ginnesin Rekordlar Kitabının nümayəndələrinə xüsusi minnətdarlığımızı bildirmək istəyirik!

 

Hörmətlə,

 

Fuad Seyidəliyev və Arif Rəhimov

 

“SAVALAN-ASPI Winery”nin təsisçiləri

Tarixə düşən çəllək – SAVALAN–ASPI Winery Ginnesin Rekordlar Kitabında!

Date:
12/02/2025

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.