logo-savalan

Vionyeni şərəfləndirərək

Hər aprel ayının son həftəsində bütün dünyada şərab biliciləri ən cazibədar ağ şərab növlərindən birinin şərəfinə badə qaldırırlar. Cari ildə bunu onlar aprel ayının 24-ə təsadüf edən Beynəlxalq Vionye günündə edirlər. Bu, şərab həvəskarının marağını əsl cazibəyə yaxın bir halla mükafatandıran növlə tanış olmaq, daha doğrusu, onunla yendiən görüşmək üçün əlamətdar bir fürsətdir.

Vionye – sakit növlərdən deyildir. Əksinə, o dərhal özünü bildirir. Badəni dodaqlarınıza yaxınlaşdırın, Sizi çiyidli meyvələrin, bəyaz güllərin və bal dadan bir şeyin rayihə dalğası bürüyəcəkdir – bu birləşmə o qədər meyxoşedicidir ki, bəzən elə gəlir ki, sanki Siz şərab deyil, təravətli ətirlər içirsiniz. Bu növün vətəni – Şimali Ronadır, orada o kiçicik Kondriye və Şato-Qriye apellasyonlarında hökmdarlıq edir. Əsrlər boyu ona daha heç yerdə rast gəlinmirdi, 1960-cı illər ərəfəsində müharibə və baxımsızlıq üzümlükləri tamamilə, bir necə on hektara qədər, ixtisar etdilər. Lakin ləng və sakit dirçəliş baş verdi; o gur deyildi, lakin inamlı idi. 1980-cı illər ərəfəsində cəsur Fransa, Avstraliya və Kaliforniya şərabçıları, o zamandan bəri itirilmiş hər bir şeyi bərpa edən Vionyeni yenidən kəşf etdilər.

Digər ağ şərab növlərindən onu dadının xarakteri fərqləndirir: dolğun, əzəldən az turşulu və zəngin, demək olar ki, yağlı – ağır yox, səxavətli – tekstura ilə. Bu növ hərarət verir, məhz buna görə o Yeni Dünyanın günəş dolu guşələrində bu dərəcədə minnətdarlıqla dolu qəbula rast gəlmişdir. Bundan savayı, bu şərab heyrətamiz dərəcədə universaldır. Vionye – burada biz nəyin nə olduğunu bilənlərdən sitat gətiririk – həm yağlı dəniz məhsulları ilə, həm də qaz çiyərindən paştetlə, kremli rizotto və qızardılmış toyuq ilə eyni dərəcədə yaxşı olan əla aperitivdir. Yəqin ki, onun nə ilə uzlaşmadığını sadalamaq daha asan olardı.

Indi isə Cənubi Qafqaza və şərab aləminin get-gedə daha artıq diqqət yetirdiyi bir şeyə – Аzərbaycanın Vinyoneni yetişdirə bilməsinə, özü də bunu yaxşı səviyyədə bacardığına müraciət edək.

SAVALAN – ASPI Winery tərəfindən Qəbələdə, Qafqaz dağlarının ətəyində, gündüzlə gecənin əhəmiyyətli temperatur dəyişməsi ilə fərqləndiyi bir yerdə yaratdığı SAVALAN Viognier şərabı bu növün dilini mənimsəmişdir və bu dildə sərbəst danışır. Bəyaz-samanı, qızılı parıltlı olan bu şərab özünün xüsusi rayihəsini – yetişmiş armud, çöl çiçəkləri və ətirli bal – səxavətlə açır. Şərab, növün təbii dəyirmiliyini qurban verməyərək, təravətini qoruyub saxlayır. Nəticə – xalis, canlı, uzunsürən xoş dadı olan quru ağ çaxır. Onu 10–12°С-də, lanqustla və ya göbələkli rizotto ilə verin və o özünü, məhz Vionye kimi – səxavətlə və yersiz qurmalarsız – büruzə verəcəkdir. Yeri gəlmişkən, SAVALAN-ASPI Winery-nin şərabı diqqətdən kənarda qalmamışdır, buna Gəncədə keçirilmiş Beynəlxalq şərab festivalının Qran-Prisi, Düsseldorfdakı Mundus Vini-də əldə edilmiş gümüş və Londonda Decanter World Wine Awards-da qazanılmış bürünc mükafatlar şəhadət edirlər. Qərb şərab həvəskarlarının təzə-təzə – həm də sürətlə – kəşf etməyə başladığı şərabçılıq şirkəti üçün əhəmiyyətli xidmət siyahısıdır, elə deyilmi?

Az qala Yer üzündən silinə biləcək, lakin dünyanın onun haqqında düşünməyə vaxtının olmadığı bir zamanda belə, Fransanın cənubundakı dik yamaclarda həyatda galmağı bacarmış bu növün taleyində həzin qüssəli nəsə bir şey mövcuddur. Vionye davam gətirdi, səyahətə üz tutdu və bu gün Ronadan Qafqazadək üzümlüklərdə çiçəklənir. Onun günündə badə qaldırmaq – onun kiçik xilası və dirçəlməsi aktının bir minnətdar iştirakçısı olmaq deməkdir.

Xanımlar və cənablar, badələri qaldıraq! Vionyenin şərəfinə!

 

SAVALAN Blog-un müəllifləri:
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri

Vionyeni şərəfləndirərək

Date:
17/04/2026

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.