logo-savalan

SAVALAN şərabları Parisdə International Gastronomy Village tədbirində təqdim olunub

Sentyabrın 10-da Parisin məşhur Place de la Concorde meydanında 80-dən çox ölkəni bir araya gətirən 10-cu International Gastronomy Village tədbiri açılıb. Tədbir ziyarətçilərə müxtəlif ölkələrin qastronomik ənənələri və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Azərbaycan pavilyonu Fransada Azərbaycan Dostları Assosiasiyası tərəfindən, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Pavilyonda plov, dolma, şəkərbura, paxlava, badambura, mürəbbələr və çay kimi milli mətbəxin ənənəvi nümunələri təqdim edilib. Milli geyimlər, musiqi və rəqslər isə mədəni proqramı tamamlayıb.

SAVALAN şərabları da Azərbaycan pavilyonunda təqdim olunub, ölkənin qastronomik təqdimatını tamamlayaraq beynəlxalq auditoriyaya Azərbaycanın müasir şərabçılıq ənənələrini tanıtmaq imkanı yaradıb.

Bu kimi beynəlxalq tədbirlərdə iştirak SAVALAN üçün Azərbaycanı şərab vasitəsilə dünyaya təqdim etmək, ölkənin şərab mədəniyyəti və şərabçılıq ənənələri haqqında beynəlxalq auditoriyaya məlumat vermək baxımından əhəmiyyətlidir.

Məşhur fransız şef Alain Ducasse-ın dəstəyi ilə keçirilən tədbir sentyabrın 13-dək davam edəcək.

https://azertag.az/en/xeber/azerbaijani_cuisine_showcased_at_international_event_in_paris-4407883

SAVALAN şərabları Parisdə International Gastronomy Village tədbirində təqdim olunub

Tarix:
10/09/2026

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.