Cavid İlham azərbaycanlı rəssamdır. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının monumental rəngkarlıq fakültəsini bitirmişdir. O, rəsm, qrafika və animasiya sahəsində işləyir, sirli və dərin məzmunlu konseptual əsərlər yaradır. Onun tablolarında zaman mövzusu araşdırılır və kağız təyyarə simvolundan istifadə olunur ki, bu da keçmişi, bu günü və gələcəyi ifadə edir. Rəssam beynəlxalq festivallarda və sərgilərdə fəal iştirak edir, əsərləri Türkiyə, Livan və Qazaxıstanın şəxsi kolleksiyalarında saxlanılır. Onun son fərdi sərgisi «Miraj» 2021-ci ildə ROOM qalereyasında keçirilib. Hal-hazırda RÜQİM-də təsviri incəsənət müəllimidir.