Yelena Haqverdiyeva — Azərbaycan Respublikasının Əməkdar rəssamıdır, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qrafika fakültəsini bitirib. Onun yaradıcılığı zəngin ornamentallığı və simvolik məzmunu ilə seçilir, burada ənənəvi Şərq xalça motivləri müasir bədii dil ilə vəhdət təşkil edir.E. Haqverdiyevanın əsərləri Böyük Britaniya, İtaliya, Bəhreyn, Rusiya və digər ölkələrdə — Mom. Mothernature, Manej-99 kimi sərgilərdə nümayiş etdirilib. Rəssamın əsərləri Azərbaycanın muzey və qalereyalarında, həmçinin dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda yer alır.