Vahid Novruzov — azərbaycanlı rəssam və pedaqoqdur. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Kollecini və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş, daha sonra Rusiyada V. V. Qriqoryevin emalatxanasında təhsilini davam etdirmişdir. 2001-ci ildən Türkiyənin Çanaqqala şəhərində yerləşən Onsekiz Mart Universitetində rəngkarlıq üzrə dərs deyir. Əvvəllər Əzimzadə adına Rəssamlıq Kollecində müəllim kimi fəaliyyət göstərmişdir. Rəssamın fərdi və beynəlxalq sərgiləri keçirilmiş, bir çox qrup layihələrində iştirak etmişdir. Əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Avstriya, Bolqarıstan, Rusiya, Yunanıstan, Avstraliya, Kanada və Macarıstanda muzey və şəxsi kolleksiyalarda yer alır.