Anar Hüseynzadə – azərbaycanlı rəssam, incəsənət üzrə magistr, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun yaradıcılığı ənənəvi Azərbaycan sənəti elementlərini müasir tendensiyalarla birləşdirir. Xüsusilə Abşeron mövzularına diqqət yetirir, köhnə Bakı, Qobustan və Yanardağı təsvir edir. Nizami, Nəsimi və Füzuli əsərlərindən ilham alır. Anar beynəlxalq sərgilərdə fəal iştirak edir, o cümlədən Vyana, Strasburq və Lüksemburqda fərdi sərgiləri olmuşdur. Onun əsərləri Azərbaycanda şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.