Murad Allahverdiyev — azərbaycanlı rəssam, dosent, elmlər doktorudur. Bakı Rəssamlıq Məktəbini və Ukraynada yerləşən Lvov Tətbiqi və Dekorativ İncəsənət Dövlət İnstitutunu bitirib. Beynəlxalq Avropa Rəssamları İttifaqının, həmçinin Rusiya və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür. 1989-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Universitetində, 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir; 2004-cü ildə dosent elmi adını alıb. Pedaqoji fəaliyyətini davam etdirir. Bir çox yerli və beynəlxalq qrup sərgilərində iştirak edib, fərdi sərgilər təşkil edib. Rəssamın əsərləri Avropa ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır.