Təranə Ağayeva — azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının və UNESCO Beynəlxalq Peşəkar Rəssamlar Assosiasiyasının üzvüdür. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət İncəsənət Universitetinin rəngkarlıq fakültəsində davam etdirmişdir. Təranə Ağayeva bir çox beynəlxalq sərgi və simpoziumların iştirakçısıdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışmış, daha sonra isə yaradıcılıq fəaliyyətini Türkiyədə davam etdirmişdir. Onun fərdi sərgiləri İstanbul və Antalyada keçirilmişdir. Təranə Ağayeva milli bədii ənənəyə sadiq qalaraq, onu müasir ifadə imkanları ilə zənginləşdirmək və daim yeniləmək məqsədi ilə yaradıcılığını inkişaf etdirməkdədir.