Reyhan Aslanova — azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını rəngkarlıq ixtisası üzrə bitirmişdir. Rəngkarlıq, səhnə tərtibatı və incəsənət təhsili sahələrində fəaliyyət göstərir. 2018–2019-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam kimi çalışmışdır. Bir sıra milli və beynəlxalq sərgilərdə və simpoziumlarda iştirak etmişdir. Gənc nəslə təsviri incəsənət dərsi keçir. Yaradıcılığı şəxsi müşahidələr və tarixi-mədəni irsin simvolik təhlilinə əsaslanır.