Emin Əsgərov — azərbaycanlı rəssam, Azərbacan Rəssamlar İttifaqının üzvudur. O, Əzim Əzimzadə adına Rəssamlıq kollecinin rəngkarlıq fakultəsini bitirmişdir. Bitirdikdən sonra 2002-ci ilədək Azərbaycan Dövlət Akademik Dram Teatrında tərtibatçı-rəssam kimi işləyib. Hal-hazırda sərbəst yaradıcılıqla məşğuldur. Yaradıcılığını əsasən avanqard, abstrakt janrlı işlər təşkil edir. İşləri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, yerli və beynəlxalq şəxsi kolleksiyalarda saxlanılır.