9 iyun tarixində «Prive Steak Gallery»də qastronomik tədbir keçirildi, Miratorq steykləri bənzərsiz «SAVALAN» premium şərabları ilə servis edildi!
12 iyun tarixində “Aspi Winery SAVALAN” “EURO 2020” azarkeşləri və iştirakçıları üçün şərab dequstasiyası keçirdi. “Wales in Azerbaijan” layihəsi çərçivəsində bu proqrama qatılan bütün restoranlar paytaxtımızın qonaqları üçün yalnız “SAVALAN” şərablarını təqdim edəcək.
26 iyun Qəbələdə yerləşən “SAVALAN” şərab zavodunda dequstasiya keçirdik! Siz də dequstasiyada iştirak etmək istəyirsinizsə, bizim şərab turlarımıza qatıla bilərsiniz.