Bu gün yaradıcılıqdan danışmaq istərdim.
İncəsənət insanları kimlərdir?
Düşünürəm ki, əsl artist – bu gözəlliyə və detallara xüsusi marağı olan, məsələlərə kreativ yanaşmalar tapan və mövcud normaları pozan şəxslərdir. Belə insanlar reallığı və xəyalları birləşdirərək özləri və cəmiyyət üçün yeni üfüqlər açır.
Biz inanırıq ki, sevgi və alovlu gözlərlə yanaşdığımız istənilən fəaliyyətdə yaradıcı başlanğıcı görmək mümkündür. Bu yanaşma “SAVALAN-ASPI Winery”nin prinsiplərindən biridir: komandamızın hər bir üzvü işə həvəs və coşqu ilə öz ruhunu qatır.
Amma yaradıcılıq ideyaları nadir hallarda ilham olmadan gəlir. İlham – sənəti doğuran o qığılcımdır. Qəbul etməliyik ki, şərabçılıq da, sözsüz ki, bir sənətdir. Bu səbəbdən biz incəsənətlə bağlı tədbirlərdə fəal iştirak etməyə çalışırıq. İncəsənət bizi gözəllik hissinə bürüyür və yeni uğurlar üçün ilhamlandırır!
9-14 sentyabr tarixlərində “SAVALAN-ASPI Winery” yenidən IX “Art Zone” yaradıcı simpoziumuna qoşuldu. Bu simpoziumda Azərbaycanın tanınmış rəssamları iştirak etdilər. Simpoziumun məkanının Qəbələ seçilməsi təsadüfi deyil – bu region, öz təsiredici mənzərələri ilə tanınır və Azərbaycanın əsas turizm istiqamətlərindən biridir.
“Art Zone” bir daha Əliyar Əlimirzəyeva, Museyyib Əmirli, Yelena Haqverdiyeva, Vüqar Muradov, Elnur Babayev, İlqar Tahiri, Aydın Əsgərov kimi tanınmış azərbaycanlı ustaları öz ətrafına topladı. Bu il simpoziuma Rusiyada yaşayan tanınmış həmkarlarımız – azərbaycanlı rəssam Bayram Salamov və Türkiyənin Çanaqqala 18 Mart Universitetinin İncəsənət fakültəsinin müəllimi Vahid Novruzov da qoşuldular. Əlbəttə ki, hər zaman olduğu kimi gənc amma artıq özlərini rəsm sahəsində tanıdan rəssamlarımız Bəhruz Kəngərlinin, Reyhan Aslanovanın və Cavid İlhamın aktiv iştirakı da göz önündə idi.
Simpozium çərçivəsində iştirakçılar “SAVALAN-ASPI Winery”nin üzüm bağlarını və zavodunu ziyarət edərək şirkətin tarixi və şərablarımızın istehsal prosesi ilə tanış oldular.
Bir həftə ərzində 30 unikal, parlaq incəsənət əsəri yaradıldı. Rəssamlar öz tablolarında Qəbələnin mənzərəli landşaftlarını, orijinal portret kompozisiyalarını, kənd və şəhər həyatının atributlarını və s. əks etdirdilər.
Şərab və yaradıcılıq tez-tez bir araya gələrək ilham və azadlıq hissini yaradır. Bizim fikrimizcə, şərab və rəsm arasında bir sehr var. Bir qədəh şərab düşüncələri sərbəstləşdirə, təsəvvürü oyada və gündəlik həyatdan uzaqlaşmağa kömək edərək daha yaradıcı düşünməyə sövq edə bilir. Elə buna görə də bir çox böyük rəssam, yazıçı və musiqiçi şəraba ilham mənbəyi kimi müraciət ediblər.
İncəsənət əsərləri harmoniyası, formaları və emosiyaları ilə ruha toxunarkən şərab da zəngin ətir və dad buketi ilə təsirləndirir. Yerli terruarların istiliyi ilə dolu olan SAVALAN şərabları Azərbaycan rəssamlarının əsərləri kimi emosional çalarları əks etdirərək xalqın tarixi və zənginliyini ifadə edir.
“Art Zone” kimi ilhamverici tədbirlərdə iştirak etmək imkanı üçün səmimi minnətdarlığımızı bildirir və yeni yaradıcı layihələri səbirsizliklə gözləyirik!
Hörmətlə,
Fuad Seyidalıyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri