Fransanın Luxury Place jurnalı SAVALAN – ASPI Winery və Azərbaycanın şərabçılıq ənənələrinin yenidən canlanmasına həsr olunmuş məqalə dərc edib.
“Savalan, le renouveau du vin d’Azerbaïdjan au pied du Caucase” adlı yazıda müəllif şərab zavodunun tarixindən, Savalan vadisinin özünəməxsus terroirindən, şərabçılıq komandasının beynəlxalq təcrübəsindən və Qafqaz ənənələrini italyan şərabçılıq ustalığı ilə birləşdirən istehsal fəlsəfəsindən bəhs edir.
Məqalədə həmçinin SAVALAN-ın beynəlxalq nailiyyətlərinə və Azərbaycanda şərab turizminin inkişafına xüsusi diqqət yetirilir.
SAVALAN-ın və Azərbaycan şərabçılığının hekayəsinin beynəlxalq şərab mədəniyyəti müzakirələrinin bir hissəsinə çevrilməsindən məmnunuq.
Məqalənin tam versiyasını Luxury Place jurnalında oxuyun:
Savalan, le renouveau du vin d’Azerbaïdjan au pied du Caucase



